Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Azərbaycan Kardiologiya Cəmiyyəti arasında Anlaşma Memorandumu imzalandı | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu
  • 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilmiş maarifləndirici aksiya oldu

XƏBƏRLƏR bütün xəbərlər

4 APREL 2022

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Azərbaycan Kardiologiya Cəmiyyəti arasında Anlaşma Memorandumu imzalandı

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi (AKCİB) arasında 30 mart 2022-ci il tarixdə Anlaşma Memorandumu imzalandı. Sənəd İSİM və AKCİB arasında ikitərəfli əməkdaşlığın çərçivələrini müəyyən edir. 

Memorandum “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” publik hüquqi şəxsin baş direktoru Qəhrəman Haqverdiyev və AKCİB-in sədri Üzeyir Rəhimov tərəfindən imzalandı. Bu əməkdaşlıq əhalinin sağlamlığının qorunması istiqamətində, davamlı tibbi təhsil çərçivəsində həkim və orta tibb işçilərinin ixtisas üzrə elmi-praktik səviyyələrinin artırılması üçün beynəlxalq səviyyəli sertifikatlaşdırılmış tibbi və elmi-praktik tədbirlərin keçirilməsinə, elmi əməkdaşlığın inkişafına dəstək göstərmək məqsədi daşıyır.

Tərəflər əməkdaşlıq edərək, Azərbaycanda kardiologiya üzrə praktik təbabət sahəsində istifadə olunacaq klinik protokolların hazırlanması, o cümlədən həkim, rezidentlər və orta tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif mövzularda birgə tibbi elmi-praktiki konfrans və təlimlərin təşkili və keçirilməsini planlaşdırırlar. 

Eyni zamanda, birgə əməkdaşlıqla, kardiologiya  sahəsində elmi araşdırmaların və beynəlxalq əməkdaşlığın dəstəklənməsi, əhalinin sağlamlığının qorunması, tibbi yardımın təkmilləşdirilməsi və ailə təbabəti konsepsiyasının Azərbaycanda tətbiqi ilə bağlı konfrans, təlim, sosial layihələrin təşkili və keçirilməsi də nəzərdə tutulur.