İnfeksiyaların menecmenti və multidissiplinar yanaşma üzrə təlim keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

3 MAY 2021

İnfeksiyaların menecmenti və multidissiplinar yanaşma üzrə təlim keçirildi

COVID-19 pandemiyası dövründə infeksiyaların profilaktikası üzrə tədbirlərin gücləndirilməsi, Azərbaycanda infeksion xəstəliklər ilə mübarizənin təkmilləşdirilməsi, tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədi ilə Səhiyyə Nazirliyi,İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM),Azərbaycan Tibb Universiteti (ATU), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) , UNDP, Equinor şirkəti və BMT-nin İP-nin dəstəyi ilə Uptodate in Medicine tərəfindən “İnfeksiyaların menecmenti və multidissiplinar yanaşma” mövzusunda onlayn təlim keçirildi.

29-30 aprel 2021-ci il tarixdə keçirilən təlim zamanı COVID-19 xəstəliyinin diaqnostikası və menecmentitibb müəssisələrində yüngül, orta və ağır xəstəlik klinikası ilə müraciət edən xəstələrin hospitalizasiyası, ağırlaşması olan xəstələrin idarə olunması, ağır xəstələrin reanimasiyaya köçürülmə kriteriyaları və digər vacib mövzulara dair  ətraflı məlumat verildi.

ATU-nun professorları – Musa QəniyevMəlahət Sultanova, İSİM-in şöbə müdiri t.ü.f.d. Nabil Seyidov,ATU-nun Tədris Terapevtik Klinikasının Pulmonologiya şöbəsinin elmi rəhbəri, Amerika Döş Qəfəsi Həkimləri Cəmiyyətinin və Amerika Torakal Cəmiyyətinin eksperti profesor Əlizamin Sadıqov, TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin anestezioloq-reanimatoloqŞahin Məmmədov, TƏBİB-in İnfeksion xəstəliklərin idarə edilməsi və təhlili şöbəsinin baş mütəxəssisi Nəzrin Mustafayeva, ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri dosent Rafiq Bayramovun mühazirələri dinlənildi.

Qeyd etmək lazımdır ki, bu təlim Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunmuş və 10 Davamlı Tibbi Təhsil kredit balı ilə dəyərləndirilmişdir.