“Hamiləlik risklərinin profilaktikasına müasir yanaşma“ mövzusunda onlayn təlim keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

16 APREL 2021

“Hamiləlik risklərinin profilaktikasına müasir yanaşma“ mövzusunda onlayn təlim keçirildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Hamiləlik risklərinin profilaktikasına müasir yanaşma“mövzusunda 14,15,16 aprel 2021-ci ildə onlayn təlimlər keçirildi. Ödənişsiz keçirilən təlimlərin məqsədi mama-ginekoloji xidmətlərinin yaxşılaşdırılması, ölkənin şəhər və rayonlarının doğuşayardım müəssisələrində çalışan tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinininyüksəldilməsi, nəzəri və praktiki bacarıqlarıntəkmilləşdirilsi idi.

İSİM-in Təlim-resurs şöbəsinin həkim-metodisti Pərvin Quliyevanın moderatorluğu ilə keçirilən təlimlər Baku Medical Plaza klinikasının doğuşayardım iş üzrə koordinatoru Vəfa Qurbanova və 8 saylı Birləşmiş Şəhər Xəstəxanasının mama-ginekoloqu Aydan Aslanova tərəfindən aparıldı.

Tibb işçiləri üçün nəzərdə tutulan təlimlərdə əsasən hamiləlik ağırlaşmalarının yaranmasında əsas məqamlar, vaginal biosenozun pozulması və residivləşən xroniki iltihabın əhəmiyyəti barədə geniş məlumatlar verildi.

Təlimlər Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunmuş və 9 DTT kredit balı ilə qiymətləndirilmişdi.