• “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

29 APREL 2020

“COVID-19 üzrə potensialın artırılması proqramı” çərçivəsində online təlimlər keçiriləcək

Səhiyyə sahəsində çalışan mütəxəsislər üçün Hindistan Xarici İşlər Nazirliyinin Hindistan İqtisadi və Texniki Əməkdaşlıq Proqramı (İTEC) çərçivəsində “COVID-19-un idarə olunması strategiyaları və əlaqəli aspektlər mövzusu üzrə online təlimlər keçiriləcək. “COVID-19 üzrə potensialın artırılması proqramı çərçivəsində keçiriləcək canlı vebinarlar Çandiqarxda yerləşən Aspirantura Tibbi Təhsil və Araşdırma İnstitutu tərəfindən aparılacaq.

COVID-19 pandemiyasının idarə olunmasına aid ən vacib məsələlər üzrə e-İTEC interaktiv vebinar sessiyaları müddətində COVID-19 nədir, infeksiyanın qarşısının alınması tədbirləri, COVID-19 xəstələrinin müəyyən edilməsi üsulları, onların təmasda olduğu şəxslərin müəyyənləşdirilməsi, sahə nəzarəti və ictimai səhiyyə tədbirləri, həmçinin digər mövcud məsələlər əhatə ediləcək.

27 aprel 2020-ci il tarixdən etibarən başlayan online təlimlər Azərbaycan vaxtı ilə saat 13:30-dan 14:30-a kimi baş tutacaq. Altı gün davam edəcək onlayn təlimlərdə Azərbaycan Respublikası da daxil olmaqla, müxtəlif ölkələrin səhiyyə işçiləri, tibb mütəxəssisləri iştrak edəcəklər.