• “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

28 APREL 2020

"Pediatrik COVID-19: İnfeksion nəzarət və profilaktika. Müayinə və müalicə" mövzusunda onlayn təlim keçirildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB-in və Uptodate İn Medicine-nin təşkilatçılığı və texniki dəstəyi ilə 28 aprel 2020-ci il tarixdə “Pediatrik COVID-19: İnfeksion nəzarət və profilaktika. Müayinə və müalicə mövzusunda onlayn təlim keçirildi.

Terapevt, təcili tibbi yardım həkimi, ailə həkimi və pediatrlar üçün keçirilən təlimin əsas məqsədi COVID-19 xəstəliyinə tutulan uşaqlara təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsinin və xəstəyə nəzarətin keyfiyyətini artırmaq, müalicə və müayinənin yeni metod və strategiyalarını izah etmək, mütəxəsislərin əldə etdikləri təcrübələri bölüşmək idi.

Professorlar – Murat Duman və Dinçer Yıldızdaşın moderatorluğu ilə baş tutan təlim COVID-19. Epidemiologiya, immunologiya, patogenez, tibb müəssisələrinin COVID-19-a hazırlıq məsələləri, pediatrik xəstələrdə mexaniki ventilyasiya və oksigenasiyanın əsasları, ağır və çox ağır pediatrik COVİD-19-un menecmenti: Türkiyə və ABŞ təcrübəsi, pediatrik pasiyentlərdə COVID-19-un dərman terapiyası, hamiləlik və doğuşun menecmenti, həmçinin pediatriya sahəsinə aid digər mövzuları əhatə etdi.

Təlimin sonunda iştrakçılara onlayn sertifikatlar təqdim olundu. 

Şəkillərlə burada tanış olmaq olar.