• Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb

XƏBƏRLƏR bütün xəbərlər

28 NOYABR 2019

Polis Akademiyasında “Tütünlə mübarizənin əsas istiqamətləri” mövzusunda tədbir keçirildi

27 noyabr 2019-cu il tarixdə Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında zabit və kursantların iştirakı ilə “Tütünlə mübarizənin əsas istiqamətləri” mövzusunda tədbir keçirildi.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSIM) tərəfindən “Azərbaycanda multisektoral tütünlə mübarizə mexanizmlərinin təkmilləşdirilməsi” layihəsi  çərçivəsində təşkil edilən tədbirin əsas məqsədi gənc nəsli tütünçəkmənin və tütün tüstüsünün zərərli təsiri ilə bağlı bir daha maarifləndirmək, eyni zamanda tütünlə mübarizənin əsas istiqamətləri barədə gələcək asayiş keşikçilərini ətraflı məlumatlandırmaq idi.

Tədbiri giriş sözü ilə DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq elmləri doktoru Nazim Əliyev açdı. Ölkəmizdə gənclərin xüsusi qayğı ilə əhatə olunduğunu bildirən N.Əliyev yeni nəslin sağlam inkişafının, təhsilinin, mənəvi tərbiyəsinin daim diqqət mərkəzində saxlanıldığını vurğuladı.

Təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söz açan İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə bildirdi ki, ölkəmizdə tətbiq olunan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun mahiyyəti tütün məmulatlarından istifadə etməyən insanların, habelə tütün məmulatlarından istifadə edən insanların da sağlamlıqlarının mühafizəsidir. İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev geniş təqdimatla çıxış edərək, tütünün insan orqanizminə və ətraf mühitə zərərli təsiri barədə ətraflı məlumat verdi: “Yanan siqaret 7 mindən çox müxtəlif kimyəvi maddə, o cümlədən 70-dən çox xərçəng xəstəliyi yaradan maddə istehsal edir. Tütünçəkmə nəticəsində hər gün ətraf mühitə 10 milyard toksik siqaret kötüyü atılır və il ərzində siqaret kötüklərindən 770 min ton tullantı əmələ gəlir”. Milli Məclis Aparatının sosial qanunvericlik şöbəsinin bölmə müdiri Adil Vəliyev tütünçəkmə ilə mübarizədə dövlətin dəstəyini, qəbul olunan qanunların və bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırdı. DİN-in Polis Akademiyası “DİO-nun inzibati fəaliyyət” kafedrasının rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru Rafiq Nəcəfquliyev təqdimatla çıxış edərək, tütün əleyhinə tədbirlərin həyata keçirilməsində polisin rolu barədə ətraflı məlumat verdi. İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva gəncləri zərərli vərdişlərdən uzaq olmağa və tütündən istifadənin azaldılması istiqamətində ölkəmizdə aparılan təbliğat və təşviqat işlərinə töhfə verməyə çağırdı.

Yekunda iştirakçılara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar paylanıldı.

Şəkillərlə burada tanış olmaq olar.