Moskva şəhərində Sağlamlığın möhkəmləndirilməsini təşviq edən məktəblərin 5-ci Avropa Konfransı keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

22 NOYABR 2019

Moskva şəhərində Sağlamlığın möhkəmləndirilməsini təşviq edən məktəblərin 5-ci Avropa Konfransı keçirildi

Moskva şəhərində 20-22 noyabr 2019-cu il tarixdə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin nümayəndələrinin iştrakı ilə Sağlamlığın möhkəmləndirilməsini təşviq edən məktəblərin 5-ci Avropa Konfransı keçirildi.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Rusiya Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən konfransın məqsədi məktəblərdə sağlamlığın qorunmasına, təhsil keyfiyyətinin yüksəldilməsinə yönələn səyləri birləşdirmək, bu istiqamətdə qarşılıqlı əməkdaşlığı genişləndirmək, təcrübə mübadiləsi aparmaq və uğurlu nəticələri müzakirə etmək idi.

Konfransda “Sağlamlığı təşviq edən məktəblər” (School Health Education - SHE) Avropa şəbəkəsinin Səhiyyə Nazirliyi tərəfindən təyin olunan Azərbaycan üzrə koordinatoru, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSIM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Səhiyyə Nazirliyinin İlkin tibbi yardımın təşkili şöbəsinin məsləhətçisi Aynur Zeynalova, İSIM-in İlkin səhiyyə və ailə təbabəti şöbəsinin müdiri Lütfi Qafarov, Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, "Sağlam təhsil – sağlam millət" layihəsinin ATU tərəfindən koordinatoru Şəhla Balayeva, ATU-nun Pediatriya kafedrasının professoru Hüseyn Qabulov, ATU-nun Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının dosenti Zöhrə İsmayılova və həmin kafedranın doktorantı Qoşqar Orucov iştirak etdilər.

Rusiya Federasiyasının səhiyyə və təhsil idarəetmə orqanları rəhbərlərinin, valideynlər, gənclər və ictimai təşkilatların nümayəndələrinin iştrakı ilə keçirilən konfrans zamanı təhsil ocaqlarında sağlamlığın təbliğinin əhəmiyyəti, tədris prosesi zamanı məktəb və şagirdlərin həm fiziki, həm də pisixi rifahının təmin edilməsinin vacibliyi bir daha vurğulandı, görülən işlər ətrafında fikir mübadiləsi aparıldı. Ölkə nümayəndləri çıxış edərək, məktəblərdə şagirdlərin sağlamlığının möhkəmləndirilməsinə dair görülən işlər və əldə olunan  nəticələr barədə iştirakçılara ətraflı məlumat verdilər.

Təhsil və səhiyyə sahəsində davamlı inkişafa yönələn əməkdaşlığı təmin etməklə daha sağlam nəsilin formalaşmasına töhfə vermək məqsədilə təşkil olunan konfransda səylərin birləşdirilməsi və sektorlararası əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi vurğulandış

Qeyd edək ki, konfransda Azərbaycan, Almaniya, Fransa, Böyük Britaniya, Norveç, İtaliya – bir sözlə, 53 ölkənin nümayəndələri təmsil olunurdular.

Şəkillərlə burada tanış olmaq olar.