İSİM-in dəstəyi ilə yeni “Şəkərli diabet” mobil əlavəsi istifadəyə verildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

30 MAY 2019

İSİM-in dəstəyi ilə yeni “Şəkərli diabet” mobil əlavəsi istifadəyə verildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi ilə yeni “Şəkərli diabet” mobil əlavəsi hazırlanaraq vətəndaşların istifadəsinə verildi.

Mobil əlavənin yaradılmasında əsas məqsəd şəkərli diabet xəstəliyi olan insanların sağlamlıq vəziyyətinin daimi nəzarətdə saxlanılması və ümumilikdə şəkərli diabet xəstəliyinin profilaktikasına və müalicəsinə dair əhalinin maarifləndirilməsidir.

Mobil əlavədə dərmanların vaxtında qəbulu üçün yaddaş bölməsi, çörək vahidləri kalkulyatoru, o cümlədən şəkərli diabet ilə bağlı müxtəlif mövzuda faydalı məlumatlar (diabetin növləri, riskləri, ağırlaşmaları, insulindən istifadə və s.) təqdim olunur.

Qeyd edək ki, proqramdan təkcə şəkərli diabet xəstələri deyil, həmçinin qida rasionuna və karbohidrat metabolizminə fikir verən şəxslər də istifadə edə bilərlər.

Mobil əlavəni yükləmək və daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linklərə daxil ola bilərsiniz.

İOS

https://itunes.apple.com/az/app/%C5%9F%C9%99k%C9%99rli-diabet/id1463521430

 

ANDROİD

https://play.google.com/store/apps/details?id=com.azdimension.diaapp