• “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

17 MAY 2019

Tovuzda Avropa İctimai Səhiyyə Həftəsi çərçivəsində sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər keçirildi

İctimai səhiyyə sahəsində məlumatlılığın artırılması, bütün dünyanın diqqətini əhalinin sağlamlığının qorunmasına yönəldilməsi məqsədilə Avropa İctimai Səhiyyə Assosiasiyası 13-17 may 2019-cu il tarixini ilk dəfə olaraq Avropa İctimai Səhiyyə Həftəsi elan edib. Bu həftə Avropa ölkələrində dövlət müəssisələri, təşkilatlar, mütəxəssislər tərəfindən ictimai səhiyyənin aktual mövzusularına həsr olunmuş tədbirlərin, təşviqat aksiyalarının keçirilməsi nəzərdə tutulub.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), “Baku İdeaLab” MMC və Tovuz Gənclər Evinin birgə əməkdaşlığı ilə “13-17 may Avropa İctimai Səhiyyə Həftəsi” çərçivəsində sağlam həyat tərzinin təbliğinə həsr olunmuş “Sağlamlıq carçıları”  layihəsi həyata keçirildi.

Layihənin təşkili məqsədilə İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Şəhla Mirzəzadə və Səhiyyə Kommunikasiyası şöbəsinin əməkdaşı Fatimə Qəhrəmanova Gədəbəy və Tovuz rayonlarına ezam olundular.

Layihə çərçivəsində, Tovuzun və Gədəbəyin ucqar dağ kəndlərində əhali arasında tibbi-maarifləndirici söhbətlər aparıldı, 100-dən çox uşağa sağlam həyat tərzini təbliğ edən hədiyyələr paylanıldı. Eyni zamanda, Tovuz Gənclər Evində sağlam həyat tərzinin təbliği istiqamətində təlimlər keçirildi, iştirakçılara zərərli vərdişlərin təhlükəli fəsadları, cinsi yolla yoluxan infeksiyalar, reproduktiv sağlamlıq, gigiyena qaydaları mövzusunda ətraflı məlumat verildi. Təlim iştirakçıları və könüllülərin iştirakı ilə Tovuz rayonunun Qovlar şəhərində 31 may – Ümumdünya Tütünsüz Gününə həsr olunmuş  “Tütünsüz dünya yarat” aksiyası keçirildi. Aksiya çərçivəsində yerli əhali tütünçəkmənin insan sağlamlığına və ətraf mühitə zərərli təsiri barədə məlumatlandırıldı və onlara İSİM tərəfindən hazırlanaraq çap olunmuş tütünçəkmə əleyhinə maarifləndirici vəsaitlər paylanıldı. Avropa İctimai Səhiyyə Həftəsi çərçivəsində həmçinin Daun sindromlu uşaqlarla görüş keçirildi və onlara müxtəlif hədiyyələr təqdim olundu.

Şəkillərlə burada tanış olmaq olar.