Mərkəzi Asiya və Qafqaz ölkələrində uşaq və yeniyetmələrin qidalanması üzrə regional simpozium keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

26 APREL 2019

Mərkəzi Asiya və Qafqaz ölkələrində uşaq və yeniyetmələrin qidalanması üzrə regional simpozium keçirildi

24-26 aprel 2019-cu il tarixdə Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində Mərkəzi Asiya və Qafqaz ölkələrində uşaq və yeniyetmələrin qidalanması və ərzaq məhsullarının idarəsi üzrə regional simpozium keçirildi. UNICEF-in Avropa və Mərkəzi Asiya Regional İdarəsi, Qazaxıstan hökuməti, Ümumdünya Səhiyyə Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Qidalanma üzrə Daimi Komitəsi ilə birgə təşkil olunan simpoziumda Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Azərbaycan, Gürcüstan və  Ermənistan Respublikasının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və ekspertlər iştirak etdilər. Azərbaycanı simpoziumda Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Qida Təhlükəsizliyi Agentiliyinin baş məsləhətçisi Aidə Zeynalova,  Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar Ticarət Şirkətinin departament rəhbəri Rauf Orucov, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova təmsil edirdi.

Simpoziumun təşkilində əsas məqsəd ölkə nümayəndələrinin diqqətini uşaq və yeniyetmələrin qidalanma problemlərinə yönəltmək, zərərli qidalanmaya qarşı mübarizənin sürətləndirilməsi üçün qəbul olunan qərarların həllinə ölkələri təşviq etmək, ərzaq sistemlərinin və qidalanmanın idarəsini həyata keçirməklə əhalinin sağlamlığının qorunmasını təmin etmək idi. Ekspertlərin çıxışında bir daha vurğulandı ki, düzgün olmayan qidalanma uşaqların inkişafına və sağlamlığına mənfi təsir göstərir. İştirakçıların diqqətinə çatdırılan statistik məlumatlara görə, Qafqaz və Mərkəzi Asiya regionunda uşaq və yeniyetmələrin 10 faizə qədəri qidalanma azlığı səbəbindən inkişafdan qalsa da, piylənmədən əziyyət çəkənlərin sayı getdikcə artmaqdadır. Bildirildi ki,  normadan az olan qidalanma və ya piylənmə milyonlarla uşağın rifahına mənfi təsir göstərir, azyaşlıların boy artımına əngəl olur, koqnitiv inkişafı pozur, qeyri-infeksion xəstəliklərə tutulma riskini artırır, erkən ölümə və əlilliyə səbəb olur. Vurğulandı ki, bu  problemlərə sistemli yanaşma və sağlam qidalanmanın təmin edilməsi uşaqlar və yeniyetmələr arasında mövcud vəziyyətin aradan qalxması ilə nəticələnər.

Səmərəli fikir mübadiləsi şəraitində keçən simpoziumda nümayəndələr uşaq və yeniyetmələrin sağlam qidalanması ilə bağlı ölkələrində həyata keçirilən tədbirlərdən söz açdılar, təcrübələrini bölüşdülər.