• Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb

XƏBƏRLƏR bütün xəbərlər

18 MART 2019

Mingəçevirdə “Dölün prenatal və postnatal xromosom patologiyalarına müasir yanaşma” mövzusunda konfrans keçirildi

17 mart 2019-cu il tarixdə Mingəçevir şəhərində İctimai Səhiyyə və İslahatlar Mərkəzi, “NS Genetics” Klinikasının təşkilatçılığı və “Uptodate İn Medicine”nın informasiya dəstəyi ilə “Dölün prenatal və postnatal xromosom patologiyalarına müasir yanaşma” mövzusunda konfrans və praktiki kurs təşkil olundu.

Bütün dünyada olduğu kimi, bizdim respublikamızda da aktual problemlərdən olan dölün prenatal və postnatal xromosom anomaliyalarının aşkarlanması və müalicə üsulları konfrans iştirakçıları tərəfindən geniş müzakirə edildi, eyni zamanda mütəxəssislər tərəfindən dölün ultrasəs ilə diaqnostikası üzrə kurs keçirildi. Konfrans mama-ginekologiya, neonatologiya, uşaq cərrahiyyəsi, genetika, mikrobiologiya sahələrində fəaliyyət göstərən həkim və rezidentlərin peşəkar bilik və bacarıqlarının artırılması, həmçinin təcrübə mübadiləsi aparılması, əməkdaşlığın qurulması məqsədi ilə  təşkil olunmuşdu. Fleboloq Vüqar Fəttahpur, həkim genetiklər – Pərvin Toparlak, Şirxan Musayev, nervpatoloq Hüseyn Sultanov, pediatrlar - Erkin Rəhimov, Ülvi Əliyev, uşaq cərrahı Aqil Əbilov, mikrobioloq Yavər Hacıyev, sonoloqlar - Rəqsanə Əliyeva, Azər Fərəcov, uşaq kardioloqu Elşən Rzayev, mama-ginekoloqlar – Turab Canbaxışov, Rəşad İsmayılzadə, Məhəmməd Qəmbərov, neonatoloqlar - Aygün Fərəcova və Aygün Rüstəmxanlı çıxış edərək müasir müalicə üsullarından söz açdılar.

Hamiləlik zamanı xromosom xəstəlikləri və döldəki ürək qüsurlarının diaqnostikası, doğulan xromosom xəstəlikli uşaqların müalicəsi, nevroloqun nəzarəti və irsi keçən xəstəliklər zamanı həkim genetiklərin rolu barədə səmərəli müzakirələr, fikir mübadiləsi aparıldı. 

Şəkillərlə burada tanış olmaq olar.