Sumqayıt Musiqi Kollecində “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması, erkən nikahların fəsadları” mövzusunda tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

30 NOYABR 2018

Sumqayıt Musiqi Kollecində “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması, erkən nikahların fəsadları” mövzusunda tədbir keçirildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əhalinin sağlamlığının qorunması istiqamətində maarifləndirmə tədbirlərini davam etdirir.

İSİM-in dəstəyi və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə təşkil olunan növbəti tədbir 30 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Sumqayıt Musiqi Kollecində keçirildi.

Kollecin direktoru Rasim Quliyev tədbiri giriş sözü ilə açaraq bildirdi ki, tibbi maarifləndirmə işinin aparılması əhalinin, xüsusilə də gənc nəslin sağlamlığının qorunmasında böyük rol oynayır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva  ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən dövlət siyasəti barədə çıxış edərək, ailələri narahat edən problemlər və onların həlli istiqamətində görülən işlərdən danışdı.  İSİM-in həkim-metodisti, ginekoloq Afət Məmmədova tələbə qızlar qarşısında geniş təqdimatla çıxış edərək, onlara reproduktiv sağlamlıq və ailə planlaşdırılması, erkən nikahların fəsadları barədə ətraflı məlumat verdi. Erkən yaşlarda nikahın və hamiləliyin yeniyetmələrin sağlamlığını ciddi təhlükə ilə üz-üzə qoyduğunu vurğulayan mütəxəssis gənc nəslə daha məsuliyyətli olmağı, səhhəti ilə bağlı məsələlərə biganə yanaşmamağı tövsiyə etdi. A.Məmmədova iştirakçıların nəzərinə çatdırdı ki, gənclərin reproduktiv sağlamlıqlarına vaxtında göstərdikləri diqqətin nəticəsi gələcəkdə ana və uşaq ölümlərinin azalması, təhlükəsiz doğuşların aparılması, sağlam körpələrin dünyaya gəlməsi deməkdir.

Tədbir çərçivəsində “Azərbaycan ailəsi” film festivalına təqdim olunan “Onlardan biri mənəm” və “Ailə bir ağacdır” sosial çarxlarının, “Olum və ya ölüm” qısametrajlı filminin  nümayişi maraqla izlənildi.

Yekunda mövzu ilə bağlı səmərəli fikir mübadiləsi aparıldı, tələbələrə reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.

Şəkillərlə burada tanış olmaq olar.