Astara gəncləri “Qazanılmış immun çatışmazlığı sindromunun yayılma yollarının qarşısının alınması” mövzusunda məlumatlandırıldılar | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

3 DEKABR 2018

Astara gəncləri “Qazanılmış immun çatışmazlığı sindromunun yayılma yollarının qarşısının alınması” mövzusunda məlumatlandırıldılar

3 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin  (İSİM) dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Astara rayon Heydər Əliyev Mərkəzində “Qazanılmış immun çatışmazlığı sindromunun yayılma yollarının qarşısının alınması” (QİÇS) mövzusunda tədbir təşkil olundu.

Astara rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, Bilik Fondunun nümayəndələri və  rayon sakinlərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova gənclərin tibbi sahədə maarifləndirilməsinin vacibliyini, bu istiqamətdə bölgələrdə keçirilən tədbirlərin əhəmiyyətini vurğuladı. Astara rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Elnur Rəsulov immun çatışmazlığı virusuna qarşı ölkəmizdə görülən tədbirlərdən danışdı. Bilik Fondunun nümayəndəsi Abbas Əliyev zərərli vərdişlərə qarşı mübarizə, sağlam həyat tərzinin təbliği isitiqamətində İSİM ilə birgə təşkil etdilən maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açdı. İSİM-in həkim-metodisti Lətafət Dadaşova geniş təqdimatla çıxış edərək, QİÇS xəstəliyi, gənclər arasında bu xəstəliyin yayılma təhlükəsi, virusdan qorunmanın əsas yolları barədə ətraflı məlumat verdi. O, dünyada aktual olan bu problemin Səhiyyə Nazirliyinin daim diqqət  mərkəzində saxladığını vurğulayaraq, hər kəsə pulsuz, anonim qaydada QİÇS-lə bağlı testdən və tibbi müaynədən keçməyi tövsiyə etdi.

Tədbirin sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, gənclərin sualları cavablandırıldı və İSİM tərəfindən QİCS-in profilaktikası isitiqamətində hazırlanan maarifləndirici materiallar tədbir iştirakçılarına paylanıldı.