Saatlıda “Sağlam ana sağlam nəsil deməkdir” mövzusunda mühazirə təşkil edildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

26 OKTYABR 2018

Saatlıda “Sağlam ana sağlam nəsil deməkdir” mövzusunda mühazirə təşkil edildi

25 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin  (İSİM) dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Saatlı rayon Heydər Əliyev Mərkəzində gənc qızlar və analar üçün “Sağlam ana sağlam nəsil deməkdir” mövzusunda mühazirə təşkil olundu.

Tədbirdə Saatlı rayon Mərkəzi Xəstəxanasının tibb bacıları, Tibb Kollecinin tələbələri və gənc analar iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu, Bilik Fondunun yerli nümayəndəsi Mehriban Ağayeva gənclərin tibbi sahədə maarifləndirilməsinin vacibliyindən söz açdı, bu istiqamətdə bölgələrdə keçirilən tədbirlərin əhəmiyyətini vurğuladı.

İSİM-in həkim-metodisti Lətafət Dadaşova “Sağlam ana sağlam nəsil deməkdir” mövzusunda mühazirə ilə çıxış edərək, hamiləlik dövründə qadınların qəbul etdikləri qidaların uşağın sağlamlığına əhəmiyyətli təsiri barədə danışdı: “Körpənin sağlam qidalanmasının təməli ana bətnindən qoyulur. Hamilə qadın başa düşməlidir ki, onun düzgün qidalanması həm öz orqanizminin sağlamlığına, həm də sağlam uşağın doğulmasına zəmanət yaradır”. Həkim-metodist həmçinin körpələrin inkişafında ana südünün əvəzsiz faydasından, süd vəzi xərçənginin profilaktikasından, reproduktiv sistem və onun funksiyaları daxil olmaqla, cinsi yolla yoluxan infeksiyaların əlamətlərindən, onların ötürülmə yollarından, ailə planlaşdırılması və onun üsullarından bəhs etdi. 

Tədbirin yekununda auditoriyanı maraqlandıran suallar cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar təqdim olundu.