Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Qohum evlilikləri və talassemiya mövzusunda mühazirə təşkil olundu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

24 OKTYABR 2018

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Qohum evlilikləri və talassemiya mövzusunda mühazirə təşkil olundu

24 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) dəstəyi ilə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində maarifləndirici tədbir keçirildi.

Tədbiri giriş sözü ilə kollecin Tərbiyə işləri üzrə direktor müavini Gülnarə Həsənova açaraq, belə tədbirlərin sağlam gəncliyin formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırdı. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva gender bərabərliyinin təmin edilməsi, narkomaniya, məişət zorakılığı, erkən nikahlar, qeyri-infeksion xəstəliklər və digər sahələr üzrə İSİM-lə birgə ölkə ərazisində keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini və iştirakçılar tərəfindən maraqla qarşılandığını vurğuladı. İSİM-in həkim-metodisti Lətafət Dadaşova “Qohum evlilikləri və talassemiya mövzusunda geniş təqdimatla çıxış edərək, gəncləri diqqətli və ehtiyatlı olmağa çağırdı: “Yaxın qohumların oxşar genləri çox olduğu üçün iki xəstə patoloji gen daşıyıcıları evlənərsə, uşağın xəstə doğulma riski artır. Qohum evliliklərinin törətdiyi ən ağır irsi xəstəliklərdən biri isə talassemiyadır. Talassemiya nəsildən-nəsilə keçən çox ağır irsi qan xəstəliyidir. Ona görə də belə nikahlara yol verməmək tövsiyə olunur”.

Tədbirin sonunda iştirakçılarla mövzu ilə bağlı geniş fikir mübadiləsi aparıldı və onlara İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanıldı.