Ağstafada “Qeyri-infeksion xəstəliklərin əsas risk faktorları” mövzusunda maarifləndirici tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

16 OKTYABR 2018

Ağstafada “Qeyri-infeksion xəstəliklərin əsas risk faktorları” mövzusunda maarifləndirici tədbir keçirildi

16 oktyabr 2018-ci il tarixdə Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Qeyri-infeksion xəstəliklərin (QİX) əsas risk faktorları” mövzusunda maarifləndirici tədbir keçirildi. Ağstafa rayon mərkəzi xəstəxanasının, doğum evinin tibbi heyəti və 1, 2, 3 saylı orta məktəblərin, texniki humanitar təmayüllü liseyin yuxarı sinif şagirdləri tədbirdə iştirak edirdilər.

Ağstafa rayon icra hakimiyyətinin nümayəndəsi Şahhüseyn Qurbanov, Ağstafa Regional Bilik Evinin müdiri Leyla İsayeva çıxış edərək bildirdilər ki, belə maarifləndirici tədbirlər sağlam gəncliyin formalaşmasında mühüm rol oynayır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Lətafət Dadaşova geniş təqdimatla çıxış edərək, iştirakçılara qeyri-infeksion xəstəliklər qrupuna daxil olan dörd  əsas patologiya: ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər, xroniki obstruktiv ağciyər xəstəlikləri və şəkərli diabet barədə ətraflı məlumat verdi. Onun çıxışında vurğulandı ki, sağlamlığı qorumaq üçün erkən yaşlardan aktiv həyat tərzi keçirmək, bədən tərbiyəsi və idmanla məşğul olmaq, düzgün qidalanmaq, QİX-lərin əsas risk faktorları - alkoqol, siqaret və narkotiklərdən uzaq durmaq lazımdır.

Tədbirin sonunda iştirakçılarla QİX-in profilaktikası və sağlam həyat tərzinin təbliği ilə bağlı geniş fikir mübadiləsi aparıldı və onlara İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanıldı.