Azərbaycan gənclərinin VIII Forumu çərçivəsində Şəki şəhərində zona toplantısı keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

15 OKTYABR 2018

Azərbaycan gənclərinin VIII Forumu çərçivəsində Şəki şəhərində zona toplantısı keçirildi

12 oktyabr 2018-ci il tarixdə Azərbaycan gənclərinin VIII Forumu çərçivəsində Şəki şəhərində zona toplantısı keçirildi. Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında keçirilən tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, şəhər rəhbərliyi, ölkəmizin şimal-qərb bölgəsinə daxil olan Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının fəal gəncləri iştirak etdilər.

Gənclərin ölkə və cəmiyyətin inkişafında rolunu artırmaq məqsədi daşıyan forumda gənc nəslin qazandığı uğurlardan, gənclərin sağlam inkişafı üçün görülən tədbirlərdən danışıldı.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Lətafət Dadaşova tədbirdə çıxış edərək ölkəmizdə insan sağlamlığına xüsusi qayğının göstərilməsi, xəstəliklərin qarşısının alınması, xəstələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və keyfiyyətinin artırılması istiqamətində atılan addımlardan söz açdı. O, əhali arasında qeyri-infeksion xəstəliklərin (QİX) yayılma səbəbləri  barədə məlumat verərək bildirdi ki, İSİM tərəfindən həm paytaxt, həm də bölgələrdə, tədris müəssisələrində müntəzəm olaraq maarifləndirici tədbirlər keçirilir, xüsusən də yeni nəsil zərərli vərdişlərin fəsadları, qeyri-infeksion xəstəliklərin risk faktorları haqqında məlumatlandırılır və bu tədbirlər gənclərin sağlam inkişafında böyük rol oynayır.

Ekspertlərin çıxışlarından sonra mövzu ətrafında müzakirələr aparıldı, iştirakçıların sualları cavablandırıldı.