İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

25 İYUL 2018

İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi

22 iyul 2018-ci il tarixdə Türkmənistanın Aşqabad şəhərində “Sağlamlıq-2018” beynəlxalq sərgisi və elmi-praktik konfrans keçirildi. Mərkəzi Asiya və Qafqaz ölkələrində qidalanma səviyyəsinin yaxşılaşdırılması, regional platformanın yaradılması məqsədilə keçirilən konfransdan əvvəl “Qidalanma potensialının inkişafı və tərəfdaşlığın başlanması” mövzusunda iki günlük (20-21 iyul) iclas təşkil olundu. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə konfransda və konfrans çərçivəsində keçirilən tədbirlərdə iştirak etdi.

Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Gürcüstan, İran, Serbiya və digər ölkələrin nazirlik və idarələrinin nümayəndələri, həmçinin beynəlxalq təşkilatların – UNICEF (BMT-nin Uşaq Fondu), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Ümumdünya Ərzaq Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının rəsmilərinin  iştirakı ilə keçən iclaslarda qeyri-infeksion xəstəliklərin profilaktikası və qarşısının alınmasına dair Aşqabad Bəyannaməsinin icrası və əldə olunan nailiyyətlərdən söz açıldı. COSI, FEEDcities və STEPS tədqiqatlarının əsas nəticələri müzakirə edildi və beynəlxalq ekspertlər tərəfindən qiymətləndirildi. Eyni zamanda, Mərkəzi Asiya və Qafqaz ölkələri üçün Qidalanma Potensialının İnkişafı və əməkdaşlığın genişləndirilməsi məqsədilə 2018-2020-ci il tədbirlər planı iştirakçıların diqqətinə çatdırıldı. 

Konfransa BMT-nin 2016–2030-cu illər üçün təsdiqlənmiş 17 Dayanıqlı İnkişaf Məqsədini özündə birləşdirən strategiyanın xüsusiyyətləri və həyata keçirilməsi mexanizmi, dayanıqlı inkişaf məsələsində qlobal hədəflərin müəyyənləşdirilməsi, aclığın və yoxsulluğun ləğv edilməsi, ərzaq təhlükəsizliyinin və kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi, o cümlədən bütün yaş kateqoriyaları üzrə sağlam həyat tərzinin təbliğ edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Xüsusi olaraq vurğulandı ki, bu sahədə potensialın inkişaf etdirilməsi və gücləndirilməsi məqsədilə tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim artırılması mühüm rol oynayır.