• “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

20 İYUL 2018

İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Yenidoğulmuşların reanimasiyası” üzrə 16-20 iyul 2018-ci il tarixdə beş günlük praktik təlim kursları keçirildi. Kurs perinatal yardıma dair Amerikanın Pediatrik Akademiyası və Amerikanın Kardioloji Assosiasiyasının beynəlxalq səviyyədə sertifikatlaşdırılmış təlim proqramı əsasında təşkil olundu. İstanbul Mədəniyyət Universiteti Göztepe Təhsil və Araşdırma Xəstəxanasında “Neonatal Reanimasiya Proqramı (NRP)” üzrə kurs keçmiş təlimçi Nahidə Mahmudova kurs iştirakçılarına reanimasiyaya hazırlıq, adaptasiya dövrü, neonatal qayğının ilkin addımları, neonatal reanimasiyanın icmalı və prinsipləri haqqında məlumat verdi.

Ölkənin doğuşayardım müəssisələrində çalışan tibb mütəxəssisləri üçün nəzərdə tutulan kursda yenidoğulmuşların reanimasiyasında istifadə edilən yeni texnologiyaların, eyni zamanda təcili və təxirəsalınmaz halların profilaktikası, erkən diaqnostikası və müalicəsinə dair ən müasir məlumatların təcrübədə tətbiqi öyrədildi. Həmçinin iştirakçılara yenidoğulmuşlara keyfiyyətli tibbi yardım göstərilməsi, xüsusi avadanlıq və qurğular olmadıqda körpələrə ilkin ixtisaslaşdırılmış yardımın tətbiq edilməsi, müvafiq tibb müəssisələrinə onların vaxtında çatdırılmasının təmin olunması ilə bağlı ətraflı məlumat verildi.

Qeyd edək ki, kurs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditə olunub. Kursun kredit miqdarı 13 bal təşkil edir. Təlimi müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olundu.

Təlimdə çəkilən şəkillərlə burada tanış olmaq olar.