Şagirdlər ətraf mühitin insan sağlamlığına təsiri barədə maarifləndirildilər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

1 MAY 2018

Şagirdlər ətraf mühitin insan sağlamlığına təsiri barədə maarifləndirildilər

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əhalinin sağlamlığının qorunması istiqamətində maarifləndirmə tədbirlərini davam etdirir. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunan növbəti belə tədbir 30 aprel 2018-ci ildə 86 nömrəli tam orta məktəbdə keçirildi. 

İSİM-in mütəxəssisi Nərmin Əliyeva “Ətraf mühitin insan sağlamlığına təsiri” mövzusunda geniş təqdimatla çıxış edərək, insanların təsərrüfat fəaliyyəti ilə əlaqədar ətraf mühitə verdiyi zərərlərdən söz açdı. Ətraf mühitin çirklənməsinin sağlamlığa ciddi ziyan vurduğunu bildirən N.Əliyeva bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı statistik məlumatları iştirakçıların diqqətinə çatdırdı. Şagirdləri zərərli vərdişlərdən uzaq olmağa çağıran natiq tütün məmulatlarından istifadənin, eləcə də ikincili tütünçəkmənin atmosferə və uşaqların hələ tam formalaşmamış orqanizminə göstərdiyi mənfi təsirlərindən danışdı. İnsanın sağlam olması üçün təmiz və təhlükəsiz  ətraf mühitin əsas amil olduğunu vurğulayan N.Əliyeva  şagirdlərə ətraf mühiti qorumaq üçün lazımi tövsiyələr verdi.

Mövzu ətrafında səmərəli müzakirə şəraitində keçən tədbirin yekununda auditoriyanı maraqlandıran suallar cavablandırıldı, iştirakçılara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.