Regionlarda tibbi müayinələr davam edir | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

3 APREL 2018

Regionlarda tibbi müayinələr davam edir

Azərbaycan Prezidentinin tapşırığına əsasən, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə bu il fevralın 12-dən başlayaraq respublika əhalisinin tibbi müayinədən keçirilməsi tədbirləri paytaxtla yanaşı, regionlarda da uğurla davam edir. Müayinələrin keçirilməsi üçün səhiyyə müəssisələri tərəfindən bütün lazımi şərait yaradılıb. Bölgələrdə əhalinin tibbi müayinələrdən keçməsini təmin etmək məqsədi ilə paytaxt xəstəxanalarında çalışan yüksək ixtisaslı həkim briqadaları rayonlara gedərək yerlərdə əhaliyə tibbi xidmət göstərir.  

Tibbi müayinələrin səmərəli aparılması, əhalinin  məmnunluğunun təmin edilməsi üçün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) bu sağlamlıq aylığı çərçivəsində dövlət tibb müəssisələrinin regionlara üz tutmuş həkim briqadalarının fəaliyyətinə müvafiq təşkilati dəstəyini göstərməkdə davam edir.

İSİM-in mütəxəssisi Aris Rüstəmov 29 mart - 1aprel 2018-ci il tarixlərdə Sumqayıt Şəhər Səhiyyə Şöbəsinə, Siyəzən, Cəlilabad, Şirvan rayon mərkəzi xəstəxanalarına ezam olundu. O, qeyd olunan regionlarda əhalinin tibbi müayinələrə cəlb olunması, müayinələrin səmərəli aparılması üçün əhali arasında onun məqsəd və vəzifələrini izah edən aidiyyəti təbliğat işləri həyata keçirdi. Bu, A.Rüstəmovun əhalinin tibbi müayinə aylığı ərzində regionlara artıq ikinci səfəri idi. O, birinci dəfə 19-25 fevral 2018-ci il tarixlərdə Gəncə və Sumqayıt şəhərlərində, Quba, Lənkəran, Sabirabad, Şəki və Şamaxı rayonlarında olmuşdu.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” 30.01.2018-ci il tarixli sərəncamına əsasən, xəstəliklər aşkar olunduğu halda pasiyentlər yerlərdə, zərurət yarandığı halda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb edilirlər. Odur ki, səhhətinizə diqqətlə yanaşın, yaşayış ərazisi üzrə tibb müəssisəsinə vaxtında müraciət edin və profilaktik tibbi müayinədən keçin!