İSİM-də “Açıq hökumət”in təşviqinə dair brifinq keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

6 İYUN 2017

İSİM-də “Açıq hökumət”in təşviqinə dair brifinq keçirildi

6 iyun 2017-ci ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSIM)  kütləvi informasiya vasitələri (KİV)  nümayəndələri üçün brifinq təşkil olundu. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə giriş sözü ilə çıxış edərək, Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzinin və "9103" Qaynar Xəttinin fəaliyyətindən söz açdı. Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə açıq hökumətin təşviqi üzrə Azərbaycanda görülən işlər barədə ətraflı məlumat verdi. O bildirdi ki, hazırda elektron xidmətlərin asanlaşdırılması nəticəsində tələb olunan sənədlərin sayı azalıb və xidmətlərdən istifadə rahatlaşıb. Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzinin koordinatoru Nailə Daşdəmirova  nəzərə çatdırdı ki, nazirliyin “Qaynar xətt” xidmətinə son vaxtlar daha çox sorğu xarakterli müraciətlər edilir.

Brifinqdə qeyd olundu ki, artıq "Doğum haqqında tibbi şəhadətnamə" elektron registrindən məlumatların verilməsi; xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu; özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə razılıq məktubunun verilməsi xidmətləri də elektron formada həyata keçirilir. 

Xatırladaq ki, brifinq Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Səhiyyə Nazirliyinin 2017-ci ildə nəzərdə tutulan İş Planına əsasən gördüyü işlərə həsr olunmuşdu.