“Azərbaycanda palliativ yardımın yaradılması və inkişafı” mövzusunda seminar keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

5 İYUN 2017

“Azərbaycanda palliativ yardımın yaradılması və inkişafı” mövzusunda seminar keçirildi

5 iyun 2017-ci ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Azərbaycanda palliativ yardımın yaradılması və inkişafı” mövzusunda seminar təşkil olundu. Tibb mütəxəssisləri və rezidentlərin iştirak etdiyi seminarı giriş sözü ilə açan İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Nabil Seyidov dünyada palliativ yardımla bağlı bu gün görülən işlər barədə ətraflı məlumat verdi. O bildirdi ki, ölkəmizdə palliativ xidmətin yaradılması “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”ya əsasən Səhiyyə Nazirliyinin Fəaliyyət Planı və “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı” üzrə Fəaliyyət Planının uyğun bəndləri əsasında nəzərdə tutulub. İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev palliativ yardımın təşkilində Türkiyə təcrübəsi, İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin əməkdaşı Fərəh Məmmədova isə palliativ yardım xidmətinin təşkilində Qazaxıstan və Qırğızıstan təcrübəsi ilə bağlı geniş məlumatı iştirakçılara təqdim etdilər. İSİM-in İlkin səhiyyənin təşkili şöbəsinin müdiri Lütfi Qafarov  “Azərbaycanda palliativ yardıma olan ehtiyacların qiymətləndirilməsi işinin təşkili” və bu istiqamətdə 2016-cı ildə İSİM tərəfindən həyata keçirilən sorğunun nəticələri barədə ətraflı məlumat verdi.

Seminarda bir daha Azərbaycanda palliativ yardımın inkişaf tarixi, palliativ yardımın Azərbaycan mühitində sosial və iqtisadi dəyərləndirilməsi, bu istiqamətdə hazırlanan beynəlxalq və milli konvensiyalar müzakirə olundu, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Xatırladaq ki,  ictimai səhiyyənin vacib hissəsi olan palliativ yardım – həyatı təhlükə qarşısında olan xəstələrə və onların ailə üzvlərinə xüsusi həssaslıqla, qayğı ilə yanaşmanı əks etdirir. Bu, həmçinin insanın ağrısının, o cümlədən digər fiziki, mənəvi-psixoloji problemlərinin vaxtında müəyyənləşdirilib qiymətləndirilməsini və idarə olunmasını nəzərdə tutan tədbirlər sistemidir.