• İSİM-də “21 sentyabr - Beynəlxalq Sülh Günü”nə həsr edilmiş tədbir keçirildi
  • “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

Layİhələr



Səhiyyə sistemində həyata keçirilən islahatların uğurla nəticələnməsi üçün inkişaf etmiş ölkələrin təcrübəsi ilə tanışlıq, Azərbaycanın səhiyyə idarə və müəssisələrinin müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) də bu amil nəzərə alınaraq beynəlxalq təşkilatlarla birlikdə müxtəlif layihələrin reallaşdırılmasına böyük diqqət ayrılır. Səhiyyə sahəsində həyata keçirilən bütün layihə və proqramlarda kommunikasiya komponenti xüsusi olaraq nəzərə alınır.

Əhalinin sağlamlığının qorunmasına həsr olunmuş layihələrin həyata keçirilməsində İSİM Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatı, Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (ETMGİ), Respublika QİÇS-lə Mübarizə Mərkəzi kimi hökumət, ÜST (WHO), UNİCEF, Blumberq Təşəbbüsü Fondu, Qlobal Fond və s. beynəlxalq, eləcə də Azərbaycan Qızıl Aypara Cəmiyyəti kimi qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən keçirilmiş və hazırda davam etdirilən layihələr barədə məlumatla burada tanış ola bilərsiniz.

İcraatda olan layihələr

İcra edilmiş layihələr