Dənizkənarı Milli Parkda “Hərəkətdə ol!” sağlamlıq yürüşü keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 6 DEKABR 2019

www.azertag.az

Dənizkənarı Milli Parkda “Hərəkətdə ol!” sağlamlıq yürüşü keçirilib

Dekabrın 6-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə əməkdaşlığı ilə Dənizkənarı Milli Parkda “Hərəkətdə ol!” sağlamlıq yürüşü keçirilib. Yürüşün təşkilində əsas məqsəd əhalini bir çox xəstəliklərin əsas risk faktoru olan fiziki passivlikdən uzaq olmağa, fəal həyat tərzi keçirməyə səsləmək olub.

Bu barədə AZƏRTAC-a İSİM-in səhiyyə kommunikasiyası şöbəsindən bildirilib.

Səhiyyə könüllüləri, gələcəyin həkimləri və gənc idmançılardan ibarət yürüş iştirakçıları insanları sağlam həyat tərzi keçirməyə, tütünçəkmə və digər zərərli vərdişlərdən uzaq olmağa çağırıblar. “Hərəkətli ol!”, “Tütündən imtina et!”, “Sağlam qidalan!” şüarları ilə əhalinin diqqətini cəlb edən yürüş iştirakçıları maraqlanan hər kəslə fiziki aktivliyin əhəmiyyəti barədə maarifləndirici söhbət aparıblar. Əhalinin bir daha nəzərinə çatdırılıb ki, mütəmadi fiziki aktivlik ürək-damar xəstəlikləri, II tip şəkərli diabet, bir sıra xərçəng xəstəlikləri, piylənmə, depressiya və sümüklərin kövrəkləşməsinin qarşısını alır. Sağlamlıq naminə fiziki aktivliyi vərdişə çevirməyin vacibliyi, gün ərzində ən azı 60 dəqiqə fiziki aktivliyə vaxt ayırmağın zəruriliyi, eyni zamanda yaxın məsafələrə piyada getməyin, pilləkənlə qalxıb-enməyə üstünlük verməyin, gün ərzində televiziya və kompüter qarşısında keçirilən vaxtı 2 saatadək azaltmağın əhəmiyyəti insanlara izah olunub.

Yürüş boyu əhaliyə İSİM tərəfindən hazırlanaraq çap olunan maarifləndirici materiallar paylanılıb, əyləncəli idman oyunları və fiziki aktivlik məşqləri təqdim olunub.

Qeyd edək ki, səhiyyə işçiləri tərəfindən əhali arasında sağlam həyat tərzinin təbliği istiqamətində daim təşviqat aparılır. İnsanlara təbliğ olunur ki, həyat tərzlərini dəyişsinlər, fiziki aktiv olsunlar, qidalanmada meyvə-tərəvəzlərə üstünlük versinlər. Eyni zamanda, bu gün ölkəmizdə hər bir şəraitli idman mərkəzləri istifadəyə verilir, küçə və parklarda hər kəs üçün əlçatan olan idman qurğuları yerləşdirilir. Sakinlərə tövsiyə olunur ki, bu imkanlardan istifadə etsinlər, idman qurğularından faydalansınlar, parklarda gəzintiyə çıxsınlar.

https://azertag.az/xeber/Denizkenari_Milli_Parkda_Hereketde_ol_saglamliq_yurusu_kechirilib-1364257