• Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 22 NOYABR 2019

www.azertag.az

Moskvada Sağlamlığın möhkəmləndirilməsini təşviq edən məktəblərin V Avropa Konfransı keçirilib

Noyabrın 20-22-də Rusiyanın paytaxtı Moskvada Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin nümayəndələrinin iştirakı ilə Sağlamlığın möhkəmləndirilməsini təşviq edən məktəblərin V Avropa Konfransı keçirilib.

Dünya Səhiyyə Təşkilatı (DST) və Rusiya Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən konfransın məqsədi məktəblərdə sağlamlığın qorunmasına, təhsil keyfiyyətinin yüksəldilməsinə yönələn səyləri birləşdirmək, bu istiqamətdə qarşılıqlı əməkdaşlığı genişləndirmək, təcrübə mübadiləsi aparmaq və uğurlu nəticələri müzakirə etməkdir.

Konfransda “Sağlamlığı təşviq edən məktəblər” (School Health Education - SHE) Avropa şəbəkəsinin Səhiyyə Nazirliyi tərəfindən təyin olunan Azərbaycan üzrə koordinatoru, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Səhiyyə Nazirliyinin ilkin tibbi yardımın təşkili şöbəsinin məsləhətçisi Aynur Zeynalova, İSİM-in ilkin səhiyyə və ailə təbabəti şöbəsinin müdiri Lütfi Qafarov, Azərbaycan Tibb Universitetinin (ATU) uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, "Sağlam təhsil – sağlam millət" layihəsinin ATU tərəfindən koordinatoru Şəhla Balayeva, ATU-nun pediatriya kafedrasının professoru Hüseyn Qabulov, ATU-nun uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının dosenti Zöhrə İsmayılova və həmin kafedranın doktorantı Qoşqar Orucov iştirak ediblər.

Bu barədə AZƏRTAC-a İSİM-in səhiyyə kommunikasiyası şöbəsindən bildirilib.

Rusiya Federasiyasının səhiyyə və təhsil idarəetmə orqanları rəhbərlərinin, valideynlər, gənclər və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən konfrans zamanı təhsil ocaqlarında sağlamlığın təbliğinin əhəmiyyəti, tədris prosesi zamanı məktəb və şagirdlərin həm fiziki, həm də psixi rifahının təmin edilməsinin vacibliyi bir daha vurğulanıb, görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

Ölkə nümayəndələri çıxış edərək, məktəblərdə şagirdlərin sağlamlığının möhkəmləndirilməsinə dair görülən işlər və əldə olunan nəticələr barədə iştirakçılara ətraflı məlumat veriblər.

Təhsil və səhiyyə sahəsində davamlı inkişafa yönələn əməkdaşlığı təmin etməklə daha sağlam nəslin formalaşmasına töhfə vermək məqsədilə təşkil olunan konfransda səylərin birləşdirilməsi və sektorlararası əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

Qeyd edək ki, konfransda 53 ölkənin (Azərbaycan, Almaniya, Fransa, Böyük Britaniya, Norveç, İtaliya və s.) nümayəndələri təmsil olunub.

https://azertag.az/xeber/Moskvada_Saglamligin_mohkemlendirilmesini_tesviq_eden_mekteblerin_V_Avropa_Konfransi_kechirilib-1358454