II Azərbaycan Diabet Konqresi keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu
  • 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilmiş maarifləndirici aksiya oldu

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 14 NOYABR 2019

www.azertag.az

II Azərbaycan Diabet Konqresi keçirilib

Noyabrın 14-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika Endokrinoloji Mərkəz, Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyası, Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyəti, Azərbaycan Diabet Cəmiyyətinin təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə II Azərbaycan Diabet Konqresi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyətinin sədri, Bakı şəhərinin baş endokrinoloqu Valeh Mirzəzadə noyabrın 14-də Dünya Diabetlə Mübarizə Gününün qeyd olunduğunu diqqətə çatdırıb: "Bu gün bütün dünyada mütəxəssislər diabetlə mübarizənin yollarını müzakirə etmək üçün bir araya gəlirlər. Həmin məqsədlə ölkəmizdə təşkil olunmuş konqresdə təcrübələrini bölüşmək üçün yerli və xarici mütəxəssislər iştirak edirlər. Ümid edirəm ki, konqres şəkərli diabetin idarəetmə prosesini ümumiləşdirməyə və şəkərli diabet xəstələrinə göstərilən tibbi yardım xidmətlərini təkmilləşdirməyə imkan verəcək. Konqresdə pre-diabetlə mübarizə üsulları, onun normal vəziyyətdə saxlanılması, şəkərli diabetə keçməsinin qarşısının alınması da müzakirə ediləcək.

Hazırda Azərbaycanda dispanser qeydiyyatında 250 minə yaxın şəkərli diabet xəstəsi var. Lakin şəkərli diabetdən əziyyət çəkdiyindən xəbərsiz olan xəstələr də mövcuddur. Bu da onu deməyə əsas verir ki, ölkəmizdə 500 minə yaxın insan şəkərli diabetdən əziyyət çəkir".

Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov bildirib ki, Heydər Əliyev Fondu ölkədə həyata keçirilən səhiyyə siyasətinə dəstək olaraq 2004-cü ildən "Diabetli uşaqlara xüsusi qayğı" layihəsi çərçivəsində uşaqları lazımi tibbi dərmanlarla təmin etməyə başlayıb. Qeyd olunub ki Heydər Əliyev Fondu Azərbaycanda diabetlə mübarizəyə, eyni zamanda, ürək qüsurlu uşaqların profilaktika, müalicə və əməliyyatlarına, sosial cəhətdən ehtiyacı olan insanlara, əlillərə, o cümlədən ictimai səhiyyə sahəsində aparılan bütün tədbirlərə dəstək göstərir.

Bildirilib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində qarşıdakı bir il ərzində ölkə üzrə şəkərli diabet xəstəliyi olan 18 yaşadək şəxslər insulin preparatları və şpris-qələmlərlə təmin ediləcək.

Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının sədri, Əməkdar həkim Tamfira Əliyeva, Azərbaycan Diabet Cəmiyyətinin sədri Mömünat Ömərova və Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyətinin sədr müavini, Respublika Endokrinoloji Mərkəzin direktor müavini Qənnadi Babək-Salek şəkərli diabetin dünyada ən geniş yayılmış qeyri-infeksion epidemiya olduğunu bildiriblər. Onlar diabetlə birgə mübarizənin vacibliyini qeyd edib, əhalinin maarifləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Konqres plenar hissələrlə davam etdirilib.

Qeyd edək ki, Beynəlxalq Diabet Federasiyasının məlumatlarına əsasən, diabetli xəstələrin sayı 2000-2017-ci illərdə 151 milyondan 425 milyona qədər artıb. Bu rəqəmin 2045-ci ildə 628.6 milyona çatacağı gözlənilir. Hazırda şəkərli diabetin tibbi-sosial əhəmiyyəti şübhə doğurmur. Bu, 2006-cı il dekabrın 20-də BMT-nin Baş Assambleyası və 2011-ci il 19-20 sentyabrda BMT-nin Baş Assambleya İclasının Siyasi Bəyannaməsi ilə təsdiq olunub. Şəkərli diabetin tibbi-sosial əhəmiyyəti onun nəinki epidemiya xarakteri alması, o cümlədən xəstələrin əlilliyinə və ölümünə səbəb olması ilə əlaqədardır.

https://azertag.az/xeber/II_Azerbaycan_Diabet_Konqresi_kechirilib-1354976