Səhiyyə Nazirliyinin nümayəndələri Ammanda keçirilən beynəlxalq müşavirədə iştirak ediblər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu
  • 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilmiş maarifləndirici aksiya oldu

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 8 NOYABR 2019

www.azertag.az

Səhiyyə Nazirliyinin nümayəndələri Ammanda keçirilən beynəlxalq müşavirədə iştirak ediblər

Noyabrın 6-7-də İordaniyanın paytaxtı Ammanda TAIEX tərəfindən təşkil olunan “Antibiotiklərə qarşı rezistentlik" mövzusu üzrə beynəlxalq müşavirə keçirilib.

Səhiyyə Nazirliyinin sanitariya-epidemioloji nəzarəti sektorunun aparıcı məsləhətçisi Nəzifə Mürsəlova, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Gigiyena və Epidemiologiya Mərkəzinin epidemioloji şöbəsinin müdiri Jalə Nəsibova, AQTİ keyfiyyətə nəzarət şöbəsinin müdiri İlqar Abdullayev, AQTA qida təhlükəsizliyinə nəzarət sektorunun nümayəndələri Vüqar Ağakişiyev və Vüsal Məmmədov müşavirədə iştirak ediblər.

Bu barədə AZƏRTAC-a İSİM-in səhiyyə kommunikasiyası şöbəsindən bildirilib.

Müşavirənin əsas məqsədi – antibiotik istifadəsinin azaldılması üzrə strategiyanın həyata keçirilməsində yaranan problem və çətinliklərə ümumi nəzər salmaq, eyni zamanda, yeni tədbirlər və tövsiyələr hazırlamaqla ölkələr səviyyəsində antibiotikdən səmərəli istifadəyə nail olmaqdır.

Mikroblara qarşı Mübarizə Şəbəkəsinin Mərkəzi Asiya və Avropa Nəzarəti (CAESAR) tərəfindən ölkələrin məlumatlarının yığılaraq statistika yaradılması nəzərdə tutulur. Azərbaycan da bu ölkələr arasındadır. CAESAR antibiotik istehlakı nəzarətini gücləndirməyə xüsusi diqqət yetirərək, antibiotikdən səmərəli istifadə və infeksiyaya nəzarət istiqamətində ölkələrin vəziyyətini təhlil etməyi təklif edir.

Müşavirədə DST-yə üzv olan 15 ölkənin (Azərbaycan, Belarus, Misir, Gürcüstan, İsrail, İordaniya, Ukrayna və s.) nümayəndələri təmsil olunublar.

Yekunda iki gün ərzinə aparılan müzakirələrin və nəticələrin analizi həyata keçirilib, bu istiqamətdə gələcək planlarla bağlı fikirlər dinlənilib.

https://azertag.az/xeber/Sehiyye_Nazirliyinin_numayendeleri_Ammanda_kechirilen_beynelxalq_musavirede_istirak_edibler-1353120