Tibbi tullantıların utilizasiyası mövzusunda dəyirmi masa | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu
  • 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilmiş maarifləndirici aksiya oldu
  • İSİM 2022-ci ilin yekunlarına dair hesabatı ictimaiyyətə təqdim etdi
  • 29 sentyabr – Ümumdünya Ürək Gününə həsr olunmuş aksiya keçirildi
  • Şamaxıda 14 noyabr – Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunmuş aksiya keçirildi
  • İSİM-də klinik protokollara dair dəyirmi masa keçirildi
  • İSİM-də Səhiyyədə Elmi Tədqiqatların və İnnovasiyaların Təşviqi Konfransı keçirildi

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 7 İYUL 2009

Tibb qəzeti

Tibbi tullantıların utilizasiyası mövzusunda dəyirmi masa

İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Tibbi tullantıların utilizasiyası (idarə olunması) üzrə Milli siyasət və fəaliyyət planı” nın həyata keçirilməsi” mövzusunda dəyirmi masa keçirildi. Xatırladaq ki, bu sənədin hazırlanması ilə əlaqədar İşçi qrupunun yaradılması üçün 2008-ci ilin oktyabrında səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən sərəncam imzalanmışdı. Tədbirdə bu sərəncamdan irəli gələn bütün məsələlərin yerinə yetirildiyi və “Tibbi tullantıların utilizasiyası (idarə olunması) üzrə Milli siyasət və fəaliyyət planı” nın” hazırlandığı bildirildi.

Tibbi tullantıların utilizasiyası mövzusunda dəyirmi masa

Tibbi tullantıların təkmilləşdirilmiş şəkildə idarə edilməsi müxtəlif üsullar arasındakı seçimə əsaslanmalı, irəliləyişi və eyni zamanda müxtəlif elementlər arasında siyasi qərarlar tələb edən zəruri tarazlığı təmin etməlidir. Layihəyə əsasən, ideyanın gerçəkləşdirilməsi mövcud olan tibbi tullantıların idarə edilməsi sisteminin köklü dəyişikliklərinə və təkmilıləşdirilməsinə əsaslanır. Buna görə də hazılanan planın 5 il müddətinə (2009-2015-ci illər) 3 mərhələdə həyata keçirilməsi nəzərdə tutulub. Tədbirdə birici mərhələdə sınaq üçün pilot müəssisələrinin, ikinci mərhələdə bölgələrdə iri tibb müəssisələrinin, üçüncü mərhələdə isə ölkənin bütün ilkin tibbi yardım  mərkəzlərinin əhatə olunacağı bildirildi. Layihənin gerçəkləşdirilməsində tibbi tullantıların idarə edilməsi üçün tibb müəssisələrindən bir əməkdaşın tam təlimdən keçməsi dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıldı.

Tədbirdə “Tibbi tullantıların utilizasiyası (idarə olunması) üzrə Milli siyasət və fəaliyyət planı” nın yekun layihəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim ediləcəyi qeyd edildi.