“İlk yardım” mobil tətbiqi istifadəyə verildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 25 YANVAR 2022

aztibb.az

“İlk yardım” mobil tətbiqi istifadəyə verildi

Aztibb.az xəbər verir ki, 25 yanvar 2022-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), “Uptodate İn Medicine” və “Ezgil” tibbi texnologiyalar şirkəti tərəfindən yaradılan “İlk yardım” mobil tətbiqinin təqdimatı keçirildi.
 
İSİM-in direktoru Qəhrəman Haqverdiyev giriş sözü ilə çıxış edərək bildirdi ki, yeni mobil tətbiq xilasetmə məsləhətlərinin hər zaman, hər yerdə əlçatan olmasına imkan verir, gündəlik fövqəladə və ya təcili tibbi hallar zamanı tövsiyə olunan müvafiq tədbirləri nəzərə çatdırır.
 
İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov geniş təqdimatla çıxış edərək, “İlk yardım”mobil tətbiqi barədə ətraflı məlumat verdi: “Yeni mobil əlavəni telefon və ya planşetə yükləyərək, təcili tibbi yardım xidmətləri və ya digər təcili yardım qurumları tərəfindən lazım olduqda və ya təlimat verildikdə ilk yardım tədbirlərini həyata keçirmək mümkündür. Eyni zamanda, aparılan tədbirlərə yardımçı olmaq üçün tematik videolara və təlimatlara addım-addım çıxış imkanı əldə etmək olar”.
 
Beləliklə, vurğulandı ki, yeni mobil tətbiqdə:
 
- İlk tibbi yardım və fövqəladə hallarda yardım tədbirlərinə dair tövsiyələr;
- İstədiyiniz zaman tətbiqdən 103-ə zəng etmək imkanı;
- İlk yardım / ürək-ağciyər reanimasiyasına dair bilik və bacarıqlarınızı dəstəkləməyə kömək edən video və animasiyalar;
- Qış fəsli, sel, zəlzələ və torpaq sürüşmələri, kimyəvi zəhərlənmələr və digər fövqəladə hallar daxil olmaqla, müxtəlif vəziyyətlərə təcili hazırlıq və cavab tədbirlərinə dair məlumatlar təqdim edilir.
 
"Apple" və "Android" mobil cihazları üçün mövcud olan “İlk yardım” mobil tətbiqini yükləyərək, ilk tibbi yardım və fövqəladə hallarda yardım üzrə bilik və bacarıqlar əldə etmək olar.
 
Qeyd edək ki, “İlk yardım” mobil tətbiqini "Google Play Market" və "App Store"dan yükləmək mümkündür.
 
https://aztibb.az/az/news/15285-ilk-yardim-mobil-tetbiqi-istifadeye-verildi-fotolar