İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Azərbaycan Kardiologiya Cəmiyyəti arasında Anlaşma Memorandumu imzalanıb | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 6 APREL 2022

azertag.az

İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Azərbaycan Kardiologiya Cəmiyyəti arasında Anlaşma Memorandumu imzalanıb

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd bu iki təşkilat arasında ikitərəfli əməkdaşlığın çərçivələrini müəyyən edir.

“İctimai Səhiyyə və İslahatlar Mərkəzi” publik hüquqi şəxsin baş direktoru Qəhrəman Haqverdiyev və Azərbaycan kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri Üzeyir Rəhimovun imzaladığı Memorandum əhalinin sağlamlığının qorunması sahəsində və davamlı tibbi təhsil çərçivəsində həkim və orta tibb işçilərinin ixtisas üzrə elmi-praktik səviyyələrinin artırılması üçün beynəlxalq səviyyəli sertifikatlaşdırılmış tibbi və elmi-praktik tədbirlərin keçirilməsinə, elmi əməkdaşlığın inkişafına dəstək göstərmək məqsədi daşıyır.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əməkdaşlıq nəticəsində ölkəmizdə kardiologiya üzrə praktik təbabət sahəsində istifadə olunan klinik protokolların hazırlanması, o cümlədən həkim, rezident və orta tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif mövzularda birgə tibbi elmi-praktik konfrans və təlimlərin, elmi araşdırmalar və beynəlxalq əməkdaşlığın dəstəklənməsi, əhalinin sağlamlığının qorunması, tibbi yardımın təkmilləşdirilməsi və ailə təbabəti konsepsiyasının Azərbaycanda tətbiqi ilə əlaqədar konfrans, təlim, sosial layihələrin təşkili və keçirilməsi nəzərdə tutulur.

 

https://azertag.az/xeber/Ictimai_Sehiyye_ve_Islahatlar_Merkezi_ile_Azerbaycan_Kardiologiya_Cemiyyeti_arasinda_Anlasma_Memorandumu_imzalanib-2080970