HBSC | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

İcra edİlmİş layİhələr bütün layİhələr

"Azərbaycan əhalisinin reproduktiv sağlamlıq sahəsində maarifləndirilməsi" layihəsi YENİLƏNİB: 31 MART 2015

İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) 2015-ci ildə ”Azərbaycan əhalisinin reproduktiv sağlamlıq sahəsində maarifləndirilməsi” dördaylıq layihəsinin həyata keçirilməsinə başlamışdır. Layihə BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı Nümayəndəliyinin texniki dəstəyi ilə həyata keçirilir.

Layihədə 2014-cü ildə İSİM tərəfindən yaradılmış www.saglamliq.isim.az maarifləndirici elektron portalının resurslarından istifadə nəzərdə tutulmuşdur. Həmin portal xəstəliklərin profilaktikası və sanitar savadlılığın yüksəldilməsi ilə bağlı ən aktual məsələlər üzrə əhalinin məlumatlandırılması üçün yaradılmışdır. UNFPA ilə birgə tətbiq olunan layihənin vəzifəsi isə həmin resurslardan istifadə edilməklə əhalinin reproduktiv sağlamlıq problemləri haqqında məlumatlılığının artırılması, ana sağlamlığı ilə bağlı davranışın risk faktorlarının azaldılması, reproduktiv yaşlı qadınların antenatal, perinatal və postnatal xidmətlər üçün vaxtında müraciət edilməsinin vacibliyi haqqında məlumatlandırılması, eləcə də selektiv abortlar və gender zorakılığı ilə bağlı spesifik məsələlərin işıqlandırılmasıdır.

Layihə çərçivəsində www.saglamliq.isim.az elektron portalına mütəmadi olaraq elmi-sübutlu təbabətin mötəbər faktlarına əsaslanan ən yeni müasir tövsiyələr əlavə ediləcək. Bundan ötrü layihədə UNİCEF, UNFPA, ÜSTCDCNİCE və reproduktiv sağlamlıq, ailə planlaşdırılması və gender zorakılığının profilaktikası sahəsində çalışan digər nüfuzlu beynəlxalq təşkilatların əhali üçün nəzərdə tutulmuş informasiya və təlim materialları istifadə edilərək, azərbaycan dilinə tərcümə olunacaq və uyğunlaşdırılacaq.

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Rauf Məmmədov

ƏLAQƏ: [email protected]