10TH EUROPEAN PUBLIC HEALTH CONFERENCE | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

İcra edİlmİş layİhələr bütün layİhələr

“Azərbaycanda palliativ yardım xidmətinə olan ehtiyacların qiymətləndirilməsi” layihəsi YENİLƏNİB: 13 FEVRAL 2017

2016-cı ilin noyabr ayında İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Azərbaycanda palliativ yardım xidmətinə olan ehtiyacların qiymətləndirilməsi məqsədi ilə həyata layihə keçirilmişdir. Layihə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”nın 9.1.3 və 9.3.1-ci bəndlərinə və “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı üzrə Fəaliyyət Planı”nın 3.3.11-ci bəndi çərçivəsində icra edilib.

Palliativ yardıma olan ehtiyacların qiymətləndirilməsi aşağıdakı məsələlərin həlli üçün tələb olunub:

- Palliativ yardım xidmətinin yaradılması üçün insan və texniki resurslara, habelə metodoloji və institusional dəyişikliklərə dair təkliflərin hazırlanması,

- Palliativ yardım xidmətinin yaradılmasına əngəl olan əsas problemlərin aşkar edilməsi və onların aradan qaldırılması üçün təkliflərin verilməsi,

- Palliativ yardıma ehtiyacı olan əsas xəstə qruplarının və xəstəliklərin müəyyən edilməsi,

- Regionlarda gələcək palliativ yardım xidməti üçün mövcud imkanların təhlili və xidmətin qurulması üçün zəruri olacaq tədbirlərin müəyyən edilməsi,

- Palliativ yardım xidmətinin qurulması üçün ən optimal struktur və kadr təminatına dair təkliflərin verilməsi,

- Palliativ yardım alacaq xəstələrin ehtiyac duyduğu dərman və digər tibbi ləvazimatların siyahısının ilkin olaraq müəyyənləşdirilməsi.

Layihə çərçivəsində həkimlər, orta tibb personalı, pasiyentlər və səhiyyə idarələri və tibb müəssisələrinin rəhbər əməkdaşları arasında sorğular keçirilmiş və fokus qrup müzakirələri aparılmışdır. Araşdırma üçün istifadə edilmiş sorğu vərəqələri Türkiyədə, ABŞ-da, Qazaxıstanda və digər ölkələrdə tətbiq edilmiş və etibarlılığı təsdiq olunmuş nümunəvi sorğu vərəqələri əsasında hazırlanmışdır. 

Ümumi olaraq sorğuda Bakı, Sumqayıt, Gəncə, Şəki, Lənkəran və Şirvan şəhərlərindən, eləcə də Quba və Göyçay rayonlarından 325 nəfər pasiyent (o cümlədən potensial pasiyent), 223 nəfər tibb işçisi (baş həkim, baş həkimin müavinləri, həkim, orta tibb işçisi və səhiyyə idarələrinin əməkdaşları) iştirak etmişlər.

Layihənin icrası zamanı toplanılmış məlumatlar təhlil edilmiş və sorğu və fokus qrup müzakirələrinin nəticələrinə dair hesabat hazırlanmışdır. Əldə edilmiş nəticələrin daha ətraflı müzakirəsi və gələcək addımların planlaşdırılması məqsədi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzində onkoloqlar, narkoloqlar, pulmonoloqlar, kardioloqlar, pediatrlar, ictimai səhiyyə mütəxəssisləri və s. digər maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə dəyirmi masa müzakirəsi təşkil edilmişdir. Müzakirədə İSİM-in direktoru Ceyhun Məmmədov, Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli, ATU-nun Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov və başqaları gələcəkdə bu sahədə atılması vacib olan addımlara dair fikirlərini bildirmiş və tövsiyələrini vermişlər. 

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Nabil Seyidov

ƏLAQƏ: [email protected]