KLİNİK PROTOKOLLAR | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

İcra edİlmİş layİhələr bütün layİhələr

Azərbaycanda keçirilmiş Demoqrafiya və Sağlamlıq Sorğularının nəticələrinə əsasən qeyri-infeksion xəstəliklərin bəzi risk amillərinin qadınlar arasında yayılması tendensiyalarının təhlili YENİLƏNİB: 27 FEVRAL 2015

Müasir dövrdə qlobal epidemioloji vəziyyətə nəzər saldıqda xəstəliklərin əsas yükünün qeyri-infeksion xəstəliklərin üzərinə düşməsi müşahidə olunur ki, bu da qlobal inkişafın əsas problemlərindən birinə çevrilib. Xronik qeyri-infeksion xəstəliklərə əsasən ürək-damar sisteminin xəstəlikləri, xronik respirator xəstəliklər, yenitörəmələr və şəkərli diabet daxildir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən Azərbaycanda bu xəstəliklərin əsas üç risk amilini qeyri-sağlam qidalanma, yüksək qan təzyiqi və yüksək bədən-kütlə indeksi təşkil edir.

ÜST-nin ölkə üzrə ofisinin texniki dəstəyi ilə həyata keçirilmiş hazırkı layihənin məqsədi Azərbaycanda qadınlar arasında qeyri-infeksion xəstəliklərin geniş yayılmış risk faktorları olan artıq çəki və yüksək qan təzyiqinin 2006-cı və 2011-ci illərdə keçirilmiş Demoqrafiya və Sağlamlıq sorğuları zamanı əldə olunmuş göstəricilərinin təhlili və onların qadınların sosial-iqtisadi xüsusiyyətləri və ölkədə baş verən proseslər, o cümlədən səhiyyə sistemində həyata keçirilən tədbirlər və islahatlarla əlaqəsinin araşdırılmasıdır.

Layihə 2014-cü ilin sentyabrında başlamış və 2015-ci ilin yanvar ayında başa çatmışdır. Onun həyata keçirilməsi məqsədilə İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) bir neçə mütəxəssisdən ibarət komanda yaradılmışdı. ÜST-nin dəstəyi ilə həyata keçirilən bu tədqiqatda AzDSS-2006 və DSS-2011-in məlumat bazalarından və Dövlət Statistika Komitəsinin məlumatlarından istifadə olunmuşdur. Tədqiqat çərçivəsində artıq bədən çəkisi və yüksək qan təzyiqi göstəricilərində ölkə və regional səviyyədə olan xüsusiyyətlər və tendensiyalar təhlil edilmişdir. Bu tendensiyaların qadınların sosial-iqtisadi xüsusiyyətləri (yaş qrupları, təhsil səviyyəsi, rifah, KİV-dən istifadə) və həmin xüsusiyyətlərdə baş verən dəyişikliklər ilə əlaqəsi araşdırılmışdır.

Layihənin sonu olaraq İSİM-də təşkil olunan dəyirmi masa zamanı tədqiqatın yekun hesabatı üzrə təqdimat keçirilmişdir.

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Töhfə Cəmilova

ƏLAQƏ: [email protected]