İcra edilmiş | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

İcra edİlmİş layİhələr bütün layİhələr

”Regionlaşdırma prinsipi əsasında perinatal yardımın islahatı” konsepsiyasının hazırlanması YENİLƏNİB: 22 SENTYABR 2010

Ana və uşaq sağlamlığının mühafizəsinin yaxşılaşdırılması, ana, perinatal və körpə ölümünün azaldılması qadınların hamiləliyə qədər və hamiləlik dövründə reproduktiv sağlamlığının yaxşılaşdırılmasını, statistik məlumatların qeydiyyata alınmasının və analizinin, perinatal yardımın regionlaşdırılmasını, perinatal xidmətlərin və qulluğun təşkilinin və idarə edilməsinin təkmilləşdirilməsini tələb edir.

Statistik məlumatların qeydiyyata alınmasının və analizinin təkmilləşdirilməsi yalnız ölkənin ÜST-nin tövsiyə etdiyi diridoğulma və ölüdoğulma meyarlarına keçdiyi zaman mümkün ola bilər. Bu, ölkədə perinatal itkilərin düzgün müəyyən edilməsinə kömək edəcək, səhiyyə sisteminin göstərilən perinatal xidmətlərin keyfiyyəti ilə əlaqədar problemləri vaxtında aşkar etmə imkanlarını artıracaq, vəziyyətin effektiv idarə edilməsinə, aşkar edilmiş problemlərin həllində adekvat strategiya və taktikanın işlənib hazırlanması üzrə tədbirlər görülməsinə və bu tədbirlərin monitorinq və qiymətləndirilməsinə imkan verəcəkdir.

Ana və uşaq sağlamlığının mühafizəsi xidmətlərinə Təhlükəsiz Analıq/perinatal yardımın effektliliyinin artırılmasına dəstək proqramlarının tətbiqi, ÜST tərəfindən tövsiyə edilən diridoğulma və ölüdoğulma meyarlarına keçid mütləq perinatal yardımın regionlaşdırılmasını nəzərdə tutur ki, onun tətbiqi ilə 30 ildən artıq müddətdə bır sıra ölkələrdə ana və körpə ölümünün azaldılmasına müvəffəqiyyətlə nail olunmuşdur.

Nazirlər Kabineti tərəfindən 15 sentyabr 2006-cı ildə təsdiq edilmiş "Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı"na əsasən ölkədə 7 perinatal mərkəzin tikilməsi nəzərdə tutulmuşdur. Perinatal mərkəzlərin effektiv fəaliyyətinin təmin edilməsi ölkədə perinatal xidmətlərin islahatını tələb etdiyindən Səhiyyə Nazirliyinin 14.11.2008-ci il tarixli 190-S saylı sərəncamına əsasən “Regionlaşdırma prinsipləri üzrə Perinatal mərkəzlərin konsepsiyası”nın hazırlanması məqsədilə işçi qrup yaradılmış və sənədin hazırlanması İctimai Səhiyyə və İslahatlar Mərkəzinə həvalə edilmişdir. UNİCEF-in dəstəyi ilə beynəlxalq ekspertlərin iştirakı təmin edilərək həmin işçi qrup tərəfindən 2010-2014-cü illər üçün “Regionlaşdırma prinsipi əsasında perinatal xidmətlərin islahatı konsepsiya”sı işlənib hazırlanmış və Səhiyyə Nazirliyinə təqdim olunmuşdur.

Konsepsiyada ilk növbədə regionlaşdırma prinsipi əsasında perinatal xidmətlərin islahatının əsas mahiyyəti izah edilmişdir. Perinatal yardımın regionlaşdırılması - müəyyən regionda ana və uşaqların mühafizəsi üzrə xidmət göstərən tibb müəssisələrinin məsləhət, müalicə və doğuşdan ibarət perinatal xidmətləri hamiləliyin risk dərəcəsinə görə qadınlara və xəstə yenidoğulmuşlara lazımi yardımın göstərilməsinə görə 3 səviyyədə paylanmasıdır. Regionlaşdırmanın əsas mahiyyəti meyarların müəyyən edilməsindən ibarətdir ki, bu meyarlara görə ana və yenidoğulmuşlara yardım göstərilən zaman xidmətlərin mürəkkəbliyinin 3 səviyyəsi ayırd edilir və ona əsasən hamiləliyə görə yüksək risk altında olan qadınlar və ya yenidoğulmuşlar onlara lazımi xidmətlər göstərməyə imkanları olan müvafiq səviyyəli müəssisələrə göndərilir.

Bu konsepsiyanın əsası ondan ibarətdir ki, hər bir səviyyədə mövcud olan texnologiyalar həmin səviyyənin pasiyentlərinin tələbatlarına uyğun gəlməli və hamiləliyin/doğuşun və ya müalicənin ən münasib nəticə ilə sona çatmasını təmin etməlidir. Beləliklə, müəyyən ərazidə yaşayan bütün hamilə qadınların klinik şəraitdən asılı olaraq onlara lazım olan uyğun səviyyəli tibb müəssisələrindən xidmət alması zəmanətlə təmin edilir. Bu halda fizioloji hamiləliyi olan qadınların istənilən səviyyəli tibb müəssisəsində doğmaq üçün potensial imkanları vardır.

Regionlaşdırma prinsipləri əsasında perinatal yardımın islahatının əsas məqsədi – hamilə qadınlara, zahılara və yenidoğulmuş uşaqlara xəstəxanaya qədər və xəstəxana yardımının əlçatanlığının, keyfiyyətinin və əlaqələndirilməsinin yaxşılaşdırılması ilə ana, perinatal və körpə ölümünü azaltmaqdır.

Konsepsiyada Azərbaycanda antenatal və perinatal xidmətlərlə bağlı vəziyyət analiz edilmiş, erkən neonatal, gec neonatal, perinatal ölüm, körpə ölümü xarakterizə edilərək əsas problemlər və hər bir səviyyədə göstəriləcək xidmətləri təsvir edən model müəyyən edilmişdir. Bundan başqa konsepsiyada əsas və konkret məqsədlər, yerinə yetiriləcək vəzifələr, fəaliyyətlər, rəhbəredici prinsiplər, hamilə qadınların və yenidoğulmuş uşaqların yuxarı səviyyəli tibb müəssisələrinə daşınması və xəstəxanaya yerləşdirilməsinin əsas şərtləri, göndəriş sisteminin təkmilləşdirilməsi, perinatal xidmətlərin ictimai səhiyyənin digər proqramları ilə əməkdaşlığı, proqramın yerinə yetirilmə müddəti və proqramın maliyyələşdirməsi ilə bağlı mühüm şərtlər geniş açıqlanmışdır.

Səhiyyə Nazirliyinin 29-S saylı 19.02.2010-cu il tarixli sərəncamına əsasən “Regionlaşdırma prinsipi əsasında perinatal yardımın islahatı konsepsiyası (2010-2014-cu illər)”, “Regionlaşdırma prinsipi əsasında perinatal yardımın islahatı konsepsiyasının 2010-cu il üçün Fəaliyyət Planı” konsepsiyası təsdiq edilmişdir. Həmin konsepsiya üzrə Səhiyyə Nazirliyinin Koordinasiya qrupunun tərkibi təsdiq olunmuşdur. Təsdiq olunan Fəaliyyət Planı üzrə tədbirlərin 2010-cu ilin sonunadək həyata keçirilməsinin təmin edilməsi həmin Koordinasiya qrupuna tapşırılmışdır.

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS:

ƏLAQƏ: