• Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb

İcra edİlmİş layİhələr bütün layİhələr

”Uşaqlıq Dövrü Xəstəliklərinin Birgə Aparılması”nın geniş tətbiqi üzrə milli strategiyanın hazırlanması YENİLƏNİB: 22 SENTYABR 2010

“Uşaqlıq Dövrü Xəstəliklərinin Birgə Aparılması” (UDXBA) strategiyası 1995–ci ildə ÜST UNİCEF tərəfindən 5 yaşadək uşaqlar arasında xəstələnmə, şikəstlik və ölüm hadisələrinin azaldılması, uşaqların fiziki və əqli inkişafının yaxşılaşdırması üçün irəli sürülmüş təşəbbüsdür. UDXBA tibb müəssisələrində və icmalarda yerinə yetirilən müdaxilə proqramlarından ibarət geniş strategiyadır.

Aşkar edilmişdir ki, bir çox inkişaf etməkdə olan ölkələrdə uşaqların ölümünə səbəb olan əsas xəstəliklər respirator infeksiyalar, diarreya, qeyri-adekvat qidalanma, qızılca və malyariyadır. Bu xəstəliklərin ayrı-ayrılıqda hər biri üçün mübarizə proqramının olmasına baxmayaraq, eyni zamanda bir neçə xəstəliyə düçar olmuş uşaqların müalicəsi xüsusi yanaşma metodunu tələb edir. Elə ona görə də ÜST və UNİCEF inteqrallanmış metoda əsaslanan “Uşaqlıq dövrü xəstəliklərinin birgə aparılması” strategiyasını işləyib hazırlamışdır. Hazırda bu strategiya 75-dən çox ölkədə tətbiq edilir.

Strategiya 3 komponentdən ibarətdir.

1.Tibb işçilərinin bilik və bacarıqlarının artırılması. Bu, əsasən tibb işçilərinin klinik və ünsiyyət bacarığına istinad edir, diplomdanqabaq və diplomdansonrakı təhsilin gücləndirilməsini nəzərdə tutur.

2.UDXBA–nın yerinə yetirilməsi üçün səhiyyə sisteminin yaxşılaşdırılması. Bu, əsasən UDXBA-nın yerinə yetirilməsində siyasət, planlaşdırma, idarəetmə, maliyyələşdirmə işlərini və tibb müəssislərində vəzifələrin bölünməsini, insan resurslarını, dərmanların mövcudluğunu və təchizatını, monitorinq və səhiyyə məlumat sistemini, qiymətləndirmə və tədqiqat kimi sahələri nəzərdə tutur.

3.Uşaqların sağlamlığı və inkişafı ilə əlaqədar ailə və icmalarda uşaqlara qulluqla bağlı təcrübənin yaxşılaşdırılması. ÜST və BMT-nin Uşaq Fondu uşaqların sağlamlığı və inkişafı üçün ailə və icmalarda 12 əsas qaydaya əməl edilməni vacib hesab edir. Bu qaydalara yalnız döş südü ilə qidalanma, immunizasiya, əlavə qidalanma, qidalı mikroelementlər, gigiyena, malyariya, psixososial inkişaf, xəstəyə evdə qulluq, infeksiyaların evdə müalicəsi, müalicəyə görə axtarış, məsləhətlərin yerinə yetirilməsi, antenatal xidmətlər aiddir. Üçüncü komponentin məqsədi uşağın sağ qalması, böyüməsi və inkişafı üçün ailə və icmada lazım olan təcrübənin başlanğıcını qoymaq, möhkəmləndirmək və dəstəkləməkdir.

Uşaqlar arasında xəstələnmə və ölüm hadisələrinin azaldılmasına nail olmaq üçün yalnız yaxşı təlim keçmiş tibb işçiləri tərəfindən müvafiq tibbi xidmətlərin göstərilməsi kifayət deyildir. Ailələr uşaqlara qayğı göstərilməsində əsas məsuliyyət daşıdığına görə, müvəffəqiyyət icmanın dəstəyi ilə birlikdə tibb işçiləri və ailələr arasında əməkdaşlığı tələb edir. Tibb işçiləri ailələr və onların yaşadığı icmalarla əməkdaşlıq etməli və əmin olmalıdırlar ki, ailələr öz uşaqlarının sağlam böyüməsi və inkişafını təmin etmək üçün onlara evdə müvafiq qayğını göstərə bilərlər. Ailələr həmçinin uşaqları xəstə olduqda və onların əlavə tibbi xidmətə ehtiyacı olduqda, vaxtında və müvafiq yardım axtarmağı və göstərməyi bacarmalı və tövsiyə edilən müalicəni təmin etməlidirlər.

Son illərdə Azərbaycanda körpə və uşaq ölümü azalsa da, minilliyin inkişaf məqsədlərinə nail olunmaq üçün tədbirlərin yaxşılaşdırılmasına ehtiyac vardır və ona görə də uşaqlar arasında xəstələnmə və ölüm hadisələrinin azaldılması, uşaqların sağlamlığının yaxşılaşdırılması dövlət tərəfindən prioritet vəzifə kimi qəbul edilmişdir. “Uşaqlıq dövrü xəstəliklərinin birgə aparılması” proqramının ilkin mərhələsi 2002-2004–cü illərdə Azərbaycanın cənub rayonlarında həyata keçirilmişdir.

Səhiyyə Nazirliyinin 02.05.2008-ci il tarixli 63-S saylı sərəncamına əsasən “Uşaqlıq Dövrü Xəstəliklərinin Birgə Aparılması”nın geniş tətbiqi üzrə milli strategiyanın hazırlanması üçün işçi qrupun tərkibi təsdiq edilmiş və strategiyanın hazırlanması İctimai Səhiyyə və İslahatlar Mərkəzinə həvalə edilmişdir.

“Uşaqlıq Dövrü Xəstəliklərinin Birgə Aparılması”nın geniş tətbiqi üzrə işçi qrup tərəfindən hazırlanmış milli strategiya 2009-2015-ci illər üçün nəzərdə tutulmuşdur. Strategiyada Azərbaycanda 5 yaşadək uşaqlar arasında xəstələnmə və ölüm hadisələri ilə bağlı vəziyyət, UDXBA strategiyasının ölkədə başlanğıc və erkən tətbiqi, UDXBA strategiyasının əsas komponentləri, strategiyanın ölkədə geniş tətbiqinin əsas məqsədləri, onun həyata keçirilməsi üçün əsas vəzifələr və fəaliyyətlər açıqlanmışdır. Strategiyaya UDXBA-nın geniş tətbiqinin 2009-2015-ci illər üçün strateji planı ilə yanaşı 2009-2011-ci illər üçün fəaliyyət və təqvim planı, eləcə də strategiyanın tətbiqi ilə bağlı tələb edilən büdcə daxil edilmişdir.

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS:

ƏLAQƏ: