• Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb

İcra edİlmİş layİhələr bütün layİhələr

“İctimai Səhiyyə və Fövqəladə Halların İdarə Edilməsi” mövzusunda təlim kursunun hazırlanması YENİLƏNİB: 22 SENTYABR 2010

Son illərdə təbii fəlakətlərin, eləcə də digər fövqəladə hadisələrin artması hamının diqqət mərkəzindədir. Yalnız son 20 ildə fəlakətlər nəticəsində ölən insanların sayı ən azı 3 milyon, zərərçəkənlərin sayı isə 800 milyon olmuşdur (PHEM WHO/Euro-I). Məhz buna görə bu gün fəlakətlərə hazırlıq, onun nəticələrinin yüngülləşdirilməsi və fəlakətlərdən sonra tələb olunan bərpa işlərinin idarə olunması ictimai səhiyyəni narahat edən aktual məsələlərdən biri hesab edilir.

Fövqəladə hallar qəfil katastrofik hadisələr (zəlzələ, subasma, kimyəvi hadisələr, bioloji tullantılar, kütləvi zəhərlənmələr), tədricən davam edən fəlakətlər (quraqlıq, qlobal iqlim dəyişkənliyi, ölümlə nəticələnə bilən xəstəliklərin geniş yayılması) və uzunmüddətli sosial problemlərlə bağlı hadisələr (insanların məcburiyyət qarşısında yaşayış yerlərini tərk etməsi, zorakılıq) nəticəsində yarana bilər.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun Fəlakətlərə hazırlıq proqramı fəlakətlərin qarşısının alınmasında, onların ağır nəticələrinin azaldılmasında və ya yüngülləşdirilməsində, eləcə də fəlakətlərdən sonra bərpa işlərinin idarə edilməsində köməyə ehtiyacı olan ölkələrə yardım edir.

Fəlakətlər zamanı ölüm və zərərçəkmə hadisələrin ağır nəticələrinin azaldılması və yüngülləşdirilməsinə yönəldilmiş cəhd və tədbirlərdən ibarət yaxşı hazırlıq, dərhal müəyyən edilə bilən prioritet vəzifələr və koordinasiya edilən cavab tədbirləri, nəticələrə əsaslanan bərpa işləri vasitəsilə azaldıla bilər. Yerli və milli struktur, xüsusilə də səhiyyə sistemi insanların əsas tələbatlarını ödəyə bilmədikdə insanlar çətinliklərə daha çox məruz qalır. Bu çox zaman baş verən hadisə ilə əlaqədar səhiyyə xidmətlərinə görə tələbatların birdən-birə artması və ya tibbi xidmət göstərən müəssisələrin zəif olması və ya onlardan gözlənilən köməyi təmin edə bilməməsi nəticəsində yarana bilər.

Azərbaycanda fövqəladə hallara hazırlıq, onun nəticələrinin aradan qaldırılması və yüngülləşdirilməsi, fəlakətlərdən sonra bərpa dövründə ictimai səhiyyənin idarə edilməsində tibb müəssisələrinin rəhbərlərinin bilik və təcrübəsini artırmaq üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi arasında imzalanmış 2008-2009-cu illəri əhatə edən İkiillik Əməkdaşlıq Sazişi və Səhiyyə Nazirliyinin ÜST-nin Azərbaycan üzrə ölkə ofisinə ünvanlandığı 29.10.2008-ci il tarixli 05/19-4652 saylı razılıq məktubu əsasında ÜST-nin Azərbaycan üzrə ölkə ofisi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi “İctimai səhiyyə və fövqəladə halların idarə edilməsi” mövzusunda təlim kursunun tədris materiallarının hazırlanması üzrə işə başlamışlar. Layihənin ilkin mərhələsində nəzərdə tutulan təlim kursu üçün tədris proqramının hazırlanması planlaşdırılmışdır. Artıq bir neçə ildir ki, ÜST-nin Krizislər zamanı Səhiyyə Fəaliyyəti Proqramı və ÜST-nin Regional Ofisləri “Fövqəladə Hallara Hazırlıq və Krisiz və Fəlakətlər zamanı İctimai Səhiyyənin İdarə Edilməsi” mövzularında təlim kursları təşkil etmişdir. Bu sahədə ÜST geniş təcrübə əldə etmiş və xüsusi tədris materialları işləyib hazırlamışdır.

Azərbaycanda keçiriləcək təlim üzrə tədris proqramının hazırlanması üçün İctimai Səhiyyə və İslahatlar Mərkəzində 6 nəfərdən ibarət işçi qrup yaradılmışdır. Layihə çərçivəsində işçi qrupun 3 üzvü ÜST Avropa Bürosunun, Tel Əviv Universitetiİsrailin Xarici İşlər Nazirliyi ilə birlikdə 2009-cu il 14-25 iyun tarixlərində Tel Əvivdə təşkil etdiyi “İctimai səhiyyə və fövqəladə halların idarə edilməsi” adlı təlim kursunda iştirak etmiş və beynəlxalq təcrübə ilə tanış olmuşdur. İşçi qrupun üzvlərinin bu təlimdə əldə etdikləri geniş bilik və təcrübə Azərbaycanda təşkil edilən təlim kursunun hazırlanmasında istifadə edilmişdir.

İşçi qrupun üzvləri fövqəladə hallarda ictimai səhiyyənin idarə edilməsi üçün ÜST tərəfindən işlənib hazırlanmış xüsusi tədris materiallarını, tövsiyə edilən kurs proqramını müzakirə etmiş və ümumi razılaşma əsasında tədris kursunun yekun proqramını hazırlamışdır.

Tədris proqramı 5 moduldan ibarətdir:

I modul – Riskin qiymətləndirilməsi və fövqəladə hallara hazırlıq;

II modul – Kütləvi iğtişaşların idarə edilməsi;

III Modul – Fövqəladə hallarda ictimai səhiyyə

IV Modul – Mürəkkəb fövqəladə hallar və köçkünlər

V Modul – Fövqəladə hadisələrdən sonra bərpa və rekonstruksiya işləri

Tədris proqramı təbii və texnoloji fəlakətlər, mürəkkəb fövqəladə hadisələr də daxil olmaqla bütün fövqəladə halları əhatə edir. Kursda əsas diqqət idarəetmə məsələlərinə yönəldilmişdir. Təlim kursunda riskin idarə edilməsi siyasətin, fövqəladə halların və kütləvi iğtişaşların idarə edilməsinin əsası kimi təqdim edilir. Xüsusi diqqət fövqəladə hallara rəhbərlik edənlər, inkişafla bağlı layihə işləyib hazırlayanlar və yerlərdə fəaliyyət göstərənlər arasında əsas əlaqə yaradan fövqəladə hallara hazırlıq proqramlarına yönəldilmişdir. Ümumi halda isə təlimdə əsas diqqət müxtəlif nazirliklər və maraqlı tərəflərlə əməkdaşlıq sayəsində səhiyyə sektorunda fəlakətlərə hazırlıq, fəlakətlər zamanı və ondan sonra tədbirlərin görülməsi ilə bağlı imkanları gücləndirməkdir.

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS:

ƏLAQƏ: