İSİM-in nümayəndəsi Hindistanda “3-cü Beynəlxalq İctimai Səhiyyə İdarəetməsinin İnkişaf Proqramı” adlı təlimdə iştirak etdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

3 APREL 2017

İSİM-in nümayəndəsi Hindistanda “3-cü Beynəlxalq İctimai Səhiyyə İdarəetməsinin İnkişaf Proqramı” adlı təlimdə iştirak etdi

2017-ci ilin 20-25 mart tarixlərində Hindistanın Çandigarh şəhərində Texniki və İqtisadi Əməkdaşlıq Proqramı (İTEC) çərçivəsində Diplomdan sonrakı Tibbi Təhsil və Tədqiqat İnstitutu tərəfindən “3-cü Beynəlxalq İctimai Səhiyyə İdarəetməsinin İnkişaf Proqramı” adlı təlim keçirildi. 21 ölkədən olan nümayəndələr üçün təşkil olunan təlimdə səhiyyədə menecment prinsipləri, ictimai səhiyyə kommunikasiyası və  ictimai vəkillik, maliyə menecmenti, büdcə təşkili, ümumi keyfiyyət üzrə menecment, monitorinq və tərtib olunan fəaliyyət planının qiymətləndirilməsi, insan resursları üzrə planlama və digər məsələlər müzakirə predmeti oldu. Azərbaycanı bu təlimdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Monitorinq və Təhlil şöbəsinin müdir müavini Xatirə Hüseynova təmsil etdi.

Qeyd edək ki, təlim çərçivəsində Hindistanın Şimla şəhərinə iştirakçılar üçün tanışlıq turu təşkil olundu. Təlim iştirakçıları orada “Ümumdünya vərəmlə mübarizə günü”nə (24 mart) həsr olunmuş tədbirdə iştirak etdilər. “HƏMRƏY OLAQ, VƏRƏMƏ SON QOYAQ” şüarını təqdim edən Azərbaycan nümayəndəsinin posteri maraqla qarşılandı. Daha sonra təlim iştirakçıları Himacal Pradeş vilayətinin Səhiyyə Naziri Kaul Singh Thakurun da iştirak etdiyi vərəmlə mübarizəyə həsr olunmuş yürüşdə iştirak etdilər.

5 gün davam edən təlimin sonunda iştirakçılara təlim boyu müzarikə olunan mövzular üzrə tapşırıqlar verildi. Onlara əldə etdikləri bilik və bacarıqlarını təcrübədə tətbiqinə dair Fəaliyyət planı təqdim etmələri və o planı tədbirin təşkilatçılarına göndərmələri tapşırıldı. Verilən tapşırıqlarlara əsasən tədbir iştirakçıları cari ilin sentyabr ayının sonuna kimi hesabatlarını təqdim etməlidirlər.