• İSİM-in nümayəndələri Ukraynada keçirilən “Tütünə qarşı mübarizə üzrə liderlik proqramı”nda iştirak edirlər
  • İSİM-də STEPS sorğusunda iştirak edəcək müsahibəçilər üçün təlimlər keçirilir
  • İSİM-in nümayəndələri “Gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı” layihəsi çərçivəsində növbəti seminarda iştirak edirlər
  • İSİM-in əməkdaşı ana və yeni doğulmuş uşaqların sağlamlığının qorunmasına dair beynəlxalq konfransda iştirak edir
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

1 DEKABR 2016

Şəmkir Bilik Evində “Ümumdünya QiÇS-lə Mübarizə Günü”-nə həsr olunmuş tədbir baş tutdu

1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günü ilə əlaqədar Şəmkir rayon Nizami Gəncəvi adına tam orta məktəbdə maarifləndirici görüş keçirildi. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Əməkdaşlıq Sazişi çərçivəsində baş tutan bu tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkilliyinin Gəncə Regional şöbəsinin nümayəndələri, Şəmkir Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, tibb işçiləri və məktəblilər iştirak etdilər. Tədbirdə çıxış edən QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Səyyarə Nadirova, Respublikasının İnsan Hüquqları üzrə Müvəkilliyinin Gəncə Regional şöbəsinin müdiri Səbuhi Abbasov, Şəmkir rayon Mərkəzi xəstəxanasının yolxucu xəstəliklər şöbəsinin müdiri Fəxrəddin Hüseynov iştirakçılara QİÇS xəstəliyi, QİÇS-in Azərbaycanda mövcud vəziyyəti, gənclər arasında bu xəstəliyin yayılma təhlükəsi, virusdan qorunmanın əsas həlli yolları haqqında məlumat verdilər. QİÇS-ə yoluxmuş insanların immun-müdafiə sisteminin kəskin zəifləməsi nəticəsində bir çox xəstəliklərə asanlıqla tutulma və bu xəstəliklərin də ölümlə nəticələnməsi haqqında danışıldı. Əsasən məktəb həkimlərindən ibarət olan iştirakçılarla QİÇS barədə hansı məlumatların şagirdlərə çatdılmasının lazımlı olması barədə müzakirələr aparıldı.

Daha sonra, müzakirələr Şəmkir Heydər Əliyev Mərkəzində dəyirmi masa arxasında davam etdirildi. Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd QİÇS xəstəliyinin qarşısının alınması və onunla mübarizəyə kompleks yanaşmasına dəstək olmaq və əhalinin maarifləndirilməsi idi.

İSİM QİÇS-lə mübarizə istiqamətində əhalinin məlumatlandırılması məqsədilə təkcə Ümumdünya QiÇS-lə Mübarizə Günü deyil, mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir, insanların QİÇS-ə yoluxmadan qorunması üçün maaridləndirici materiallar hazırlayır.