İSİM-in əməkdaşları “Müasir şəraitdə məktəblilərin sağlam həyat tərzinin formalaşması” mövzusunda konfransa qatıldılar | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

16 NOYABR 2016

İSİM-in əməkdaşları “Müasir şəraitdə məktəblilərin sağlam həyat tərzinin formalaşması” mövzusunda konfransa qatıldılar

14-15 noyabr 2016-cı il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində “Müasir şəraitdə məktəblilərin sağlam həyat tərzinin formalaşması” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfrans Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin Rusiya Federasiyası və ÜST-nin Avropa regional bürosunun “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində sağlam məktəb şəbəkəsinin inkişafı” layihəsinə və Rusiya Federasiyası Səhiyyə Nazirliyinin elmi-praktiki tədbirlər planına uyğun olaraq təşkil edildi.

Konfransda Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM)  direktor müavini Rahib Məmmədov, Layihələrin Əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və İlkin Səhiyyənin Təşkili şöbəsinin müdiri Lütfi Qafarov təmsil etdilər.

İki gün davam edən iclas çərçivəsində Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində uşaq maraqlarının  milli  fəaliyyət strategiyası, uşaqlara sağlam həyat tərzinin təbliği, fiziki aktivliyin aşılanması, onların təhlükəsizliyinin təmin olunması, sağlam qidalanması və həyat şəraitinin yaxşılaşdırılması mövzuları əsas müzakirə obyekti oldu. Həmçinin, məktəblilər, yeniyetmə və gənclərin sağlamlıq haqqında biliklərinin artırılması, sosial-mədəni, etnik xüsusiyyətləri nəzərə alınaraq onların maarifləndirilməsi, sosial şəbəkələrin  və kütləvi kommunikasiya vasitələrinin uşaqların həyatına təsirləri müzakirə olundu. Bu təsirlərin uşaqların psixoloji vəziyyətlərinə mənfi təsirinin azaldılma metodikaları və gələcəkdə gözlənilən nəticələr haqqında geniş məlumat verildi.

İSİM-in nümayəndələri də öz növbəsində son illərdə aparılan işlər və nailiyyətlər haqqında, uşaq və yeniyetmələrin sağlamlıqlarının qorunması, maarifləndirilməsi yolunda görülən təbdirlər və əldə olunan uğurlar barədə konfrans iştrakçılarını məlumatlandırdılar.