İSİM-in əməkdaşları Kiyev şəhərində keçirilən “Reproduktiv sağlamlığın qorunması” mövzusunda foruma qatıldılar | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

21 OKTYABR 2016

İSİM-in əməkdaşları Kiyev şəhərində keçirilən “Reproduktiv sağlamlığın qorunması” mövzusunda foruma qatıldılar

18-20 oktyabr 2016-cı il tarixlərdə Ukraynanın paytaxtı Kiyev şəhərində Şərqi Avropa və Mərkəzi Asiya regionunda böhran hallarında cinsi və reproduktiv sağlamlığın qorunub saxlanılması üzrə İdarələrarası işçi qrupun 5-ci forumu keçirildi. Forum Beynəlxalq Ailə planlaşdırması Federasiyasının Avropa ofisinin, BMT-nin Əhali Fondunun (UNFPA), Şərqi Avropa və Mərkəzi Asiya Regional Fondunun təşkilatçılığı ilə baş tutdu.

Tədbirin əsas məqsədi 2016-cı ildə Şərqi Avropa və Mərkəzi Asiya regionunda fövqəladə hallarda cinsi və reproduktiv sağlamlığın və zərərçəkənlərin hüquqlarının qorunması ilə bağlı ölkələrdə olan irəliləyişlərin qiymətləndirilməsi idi. Bu məsələnin müzakirəsi üçün Kiyevə  texnogen və təbii fəlakətlər zamanı zərərçəkmiş əhalinin reproduktiv sağlamlığının qorunmasında üzv-ölkələr səviyyəsində fəaliyyət göstərən qurum nümayəndələri, BMT-nin aidiyyatı qurumları, beynəlxalq QHT-lər, bu sahədə layihələri maliyyələşdirən donor-təşkilatlarının nümayəndələri toplaşmışdılar.

Ölkəmizdə böhran hallarında cinsi və reproduktiv sağlamlığın qorunub saxlanılması ilə bağlı olan vəziyyət haqda, görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə forum iştirakçılarını Azərbaycan nümayəndə heyəti - Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Lahiyələrin  Əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və Tibbi Keyfiyyət Standartları şöbəsinin həkim-metodisti Teymur Hüseynov məlumatlandırdılar.

İki gün davam edən tədbirdə iştirakçılar arasında müzakirələr zamanı böhran hallarında cinsi və reproduktiv sağlamlığın qorunub saxlanılması istiqamətində ölkələrin hazırlıq səviyyələri və ən qabaqcıl təcrübələri öyrənildi.

Daha sonra 2016-cı ildə mövzu ilə bağlı üzv-dövlətlərdən alınan materiallar əsasında idarə komitəsinin rolu və strukturu təyin olundu və yeni idarə komitəsinin tərtib edilməsi haqda müzakirələr aparıldı. Tədbir zamanı ölkələr arasında geniş miqyaslı əməkdaşlığın yaradılmasının vacibliyi, birgə əməkdaşlığın zəruriliyi forum iştirakçılarına xüsusi olaraq çatdırıldı.

Forumun sonunda təşkilatçılar və iştirakçılar böhran hallarında cinsi və reproduktiv sağlamlığın qorunub saxlanılması istiqamətində ölkə qruplarının potensialını artırmaq, regional və milli səviyyədə fəaliyyəti təkmilləşdirmək qərarına gəldilər və 2017-ci il üçün yeni iş planı hazırlamaq barədə razılıq əldə etdilər.