İSİM və Bilik Fondunun birgə əməkdaşlığı ilə SOS Uşaq kəndlərində maarifləndirici tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

5 SENTYABR 2016

İSİM və Bilik Fondunun birgə əməkdaşlığı ilə SOS Uşaq kəndlərində maarifləndirici tədbir keçirildi

5 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə həyata keçirdiyi tədbir baş tutdu. SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının Nizami rayonunda yerləşən qızlar üçün Gənclər Evində keçirilən bu tədbir İSİM ilə Bilik Fondu arasında 22 iyun 2016-cı il tarixdə imzalanmış Əməkdaşlıq Sazişi çərçivəsində 2016-cı ilin sonunadək həyata keçiriləcək İş Planının ilk tədbiri oldu.

“Yeniyetmə və gənclərə reproduktiv sağlamlıq haqqında” məruzə ilə çıxış edən İSİM-in əməkdaşı həkim-metodist Nərgiz Kərimova gənc qızlara sağlam həyat tərzi, reproduktiv sağlamlığa mənfi təsir edən amillər və zərərli vərdişlərdən çəkinmə yolları haqqında məlumat verdi. Həmçinin cinsi yolla yoluxan infeksiyalar və İİV-dən qorunma məqsədilə cinsi tərbiyə və cinsi münasibətlər ətrafında da söhbətlər aparıldı. Sağlamlığın qorunması üçün maarifləndirmə işinin vacib olduğunu bildirən natiq, iştirakçıları maraqlandıran sualları cavablandırdı. Tədbirin mövzusu ilə bağlı İSİM tərəfindən hazırlanmış sosial video çarx nümayiş olundu, maarifləndirmə materialları paylanıldı.

Qeyd edək ki, tədbir "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının 7.1-ci bəndinə müvafiq olaraq reproduktiv sağlamlıq barədə maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə təşkil olunmuşdu.