İSİM-in sosial xarakterli video çarxları “ASAN Xidmət” mərkəzlərində nümayiş olunacaq | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

25 İYUL 2016

İSİM-in sosial xarakterli video çarxları “ASAN Xidmət” mərkəzlərində nümayiş olunacaq

26 iyul 2016-cı il tarixdən başlayaraq Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) hazırladığı sosial video çarxları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN Xidmət" mərkəzlərində seyr edə biləcəksiniz.

Sağlamlığın qorunması, insanları zərərli vərdişlərdən uzaqlaşdırmaq və fiziki-aktiv həyat tərzini aşılamaq məqsədilə müntəzəm olaraq maarifləndirmə xarakterli tədbirlər həyata keçirən İSİM əhali arasında təbliğat aparmaq üçün hər dəfə yeni imkanlar arayır, müasir innovativ vasitələrdən geniş şəkildə istifadə etməyə çalışır. Bu baxımdan "ASAN Xidmət" mərkəzləri ictimai səhiyyə sahəsində təbliğat işi aparmaq üçün ən əlverişli məkandır. 

Gün ərzində  müxtəlif  xidmətlərdən istifadə etmək məqsədilə əhalinin müraciət etdiyi "ASAN Xidmət" mərkəzlərində tütünçəkmənin zərərləri, sağlam qidalanma, məişət zorakılığı, uşaqların icbari dispanserizasiyası,  fiziki aktivlik və sağlam həyat tərzi, qan donorluğunun vacibliyi və digər mövzularda hazırlanmış video çarxlar əhalinin diqqətini cəlb edəcəkdir.

Qeyd edək ki, bu istiqamətlərdə maarifləndirmə işi “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı” üzrə Fəaliyyət Planının 4.2-ci bəndinə müvafiq olaraq aparılır. Bu bəndə uyğun görülən maarifləndirmə işi qeyri-infeksion xəstəliklərlə  mübarizə aparmaq üçün risk amillərinə qarşı (tütünçəkmə, qeyri-sağlam qidalanma, fiziki fəallığın az olması, spirtli içkilərdən sui-istifadə və s.) əhali arasında sübutlu və səmərəli tədbirlərin keçirilməsi məqsədinə xidmət edir.