İSİM-in əməkdaşları sosial işçilərin peşəkarlığının artırılması sahəsində keçirilən təlimlərdə uğurla iştirak etdilər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

17 İYUN 2016

İSİM-in əməkdaşları sosial işçilərin peşəkarlığının artırılması sahəsində keçirilən təlimlərdə uğurla iştirak etdilər

Azərbaycanda aparılan sosial yönümlü siyasətin nəticəsi olaraq son illər ərzində ölkə əhalisinin rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bu addımlardan biri də hal-hazırda sosial xidmət işçilərinin peşəkarlıq səviyyələrinin qabaqcıl beynəlxalq təcrübəyə uyğun yeni “sosial işçi” modeli yaranması üzrə işlərin aparılmasıdır. Bu məqsədlə Azərbaycanda  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Avropa İttifaqının “Sosial xidmətin inkişafı” adlı Tvinninq Layihəsini həyata keçirdi. “Sosial işçi”  modeli insanlara ilkin sosial xidmətlər göstərilməklə problemlərinin həlli istiqamətində dəqiq qərar qəbul edilməsini, sosial xidmətlərə əlçatanlığın təmin olunmasını, onların cəmiyyətə inteqrasiyasını, həmçinin sosial-psixoloji ehtiyaclarının müəyyənləşdirilməsini  və s. nəzərdə tutur. Təlimlər “Təlim metodları və sistemli yanaşma”, “Məişət zorakılığı”, “Ahıllar”, “Cəza çəkməkdən azad edilmiş şəxslər”, “Ailələr və uşaqlar” mövzularında keçirilib. 

Təlimlərə rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial xidmət işçiləri, Nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin, Nazirliyin  İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM), ayrı-ayrı ali təhsil müəssisələrinin, müvafiq sahə üzrə QHT-lərin  nümayəndələri  cəlb olundu.

İSİM-in Səhiyyə Kommunikasiyası və İctimayyətlə Əlaqələr şöbəsinin əməkdaşı Ayşəm Balayeva və  Səhiyyə Siyasəti ve İslahatlar şöbəsinin əməkdaşı Elmir Valehlinin iştirak etdiyi bu layihə çərçivəsində pilot rayonlar üzrə sosial xidmət işçiləri üçün təşkil olunan silsilə təlimlər artıq yekunlaşıb və təlimlərin sonunda iştirakçılar sertifikatlarla təltif olundular.