İSİM-in nümayəndələri Qeyri-infeksion xəstəliklər və qanunvericilik məsələlərinə dair hüquqi hazırlıq üzrə təlim və potensialın gücləndirilməsi seminarında iştirak etdilər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

3 İYUN 2016

İSİM-in nümayəndələri Qeyri-infeksion xəstəliklər və qanunvericilik məsələlərinə dair hüquqi hazırlıq üzrə təlim və potensialın gücləndirilməsi seminarında iştirak etdilər

2016-cı il mayın 30-dan iyunun 3-nə kimi Rusiya Federasiyasının paytaxtı Moskvada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu tərəfindən təşkil olunan “Qeyri-infeksion xəstəliklər və qanunvericilik məsələlərinə dair hüquqi hazırlıq üzrə intensiv təlim və potensialın gücləndirilməsi üzrə seminar” keçirildi.

Seminar ÜST-nin Avropa Regional Bürosunun QİX-lə mübarizə və profilaktikası layihəsi çərçivəsində Hüquq və Xərçəng üzrə McCabe Mərkəzi və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə birgə ÜST-nin Avropa regionunun bir qrup dövlətlərinin nümayəndələri üçün QİX-lə bağlı hüquqi məsələlər üzrə hazırlıq və bacarıqların artırılması məqsədi daşıyırdı. Seminarda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev, Monitorinq və təhlil şöbəsinin əməkdaşı Samir Mehdiyev və Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov iştirak etdilər.

Seminar çərçivəsində QİX-in risk amilləri və yükü, cavab strategiyaları və mövcud qlobal siyasi öhdəliklər müzakirə olundu, iştirakçılar arasında praktik məşğələlər aparıldı, aparıcı Avropa ölkələrindən olan ekspertlərin təqdimatları dinlənildi. Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası və onun qlobal əhəmiyyəti, tütün, spirtli içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma problemlərinin həllində qanunların tənzimlənməsi aspektinə böyük önəm verildi. İştirakçı ölkələrdə bu sahələrdə görülən işlərlə bağlı məruzələr diqqətə çatdırıldı.

Azərbaycanın nümayəndə heyəti öz məruzələrində ölkəmizdə QİX-lə mübarizə sahəsində görülən işlərdən, bu sahədə dövlət tərəfindən prioritet sayılan “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planına əsasən görülən tədbirlər barədə məlumat verdilər.

Seminarın sonunda QİX-lə əlaqəli Avropa qanunvericiliyi və onun digər üzv ölkələrinin qanunvericilikləri ilə qarşılıqlı əlaqələri, QİX-lə mübarizə sahəsində atılacaq gələcək addımların təyin olunması sessiyası baş tutdu, təcrübə mübadiləsi aparıldı.