İSİM-in əməkdaşları fövqəladə hallarda reproduktiv sağlamlığın qorunması ilə bağlı beynəlxalq tədbirdə iştirak etdilər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

20 OKTYABR 2015

İSİM-in əməkdaşları fövqəladə hallarda reproduktiv sağlamlığın qorunması ilə bağlı beynəlxalq tədbirdə iştirak etdilər

2015-ci il oktyabrın 14-16-da Türkiyənin İstanbul şəhərində Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində fövqəladə hallarda reproduktiv sağlamlığın qorunması üzrə Agentliklərarası İşçi Qrupun 4-cü görüşü keçirildi. BMT-nin Əhali Fondunun Şərqi Avropa-Orta Asiya Regional Ofisinin (UNFPA EECARO) və Beynəlxalq Planlaşdırılmış Valideynlik Federasiyasının Avropa Şəbəkəsinin (IPPF-EN) təşkil etdiyi görüşdə Azərbaycandan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları Səbinə Babazadə və Teymur Hüseynov iştirak etdilər.

Görüşdə ölkələrdə fövqəladə hallarda cinsi və reproduktiv sağlamlığın qorunması, bu sahədə milli və region səviyyəsində əməkdaşlığın gücləndirilməsi, ölkələrə texniki yardımın göstərilməsi haqqında fikir mübadiləsi aparıldı. İştirakçılar həmçinin cinsi və reproduktiv sağlamlıq sahəsində hazırlığın fövqəladə hallar üzrə milli plana daxil edilməsi, cinsi zorakılığa məruz qalmış insanlara tibbi xidmətin göstərilməsi sahəsində bacarıqlara yiyələndilər.