İSİM-in mütəxəssisləri Türkiyədə "OneHealth Tool" adlı seminarda iştirak etdilər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

11 İYUN 2015

İSİM-in mütəxəssisləri Türkiyədə "OneHealth Tool" adlı seminarda iştirak etdilər

2015-ci il iyunun 9-11-də Türkiyənin Antalya şəhərində "OneHealth Tool" adlı seminar keçirildi. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu tərəfindən təşkil olunan seminarda Albaniya, Azərbaycan, Bosniya və Hersoqovina, Gürcüstan, Qazaxıstan, Kosovo, Makedoniya, Serbiya, Ukrayna, Macarıstandan olan səhiyyə nazirliklərinin və müvafiq dövlət qurumlarının nümayəndələri iştirak etdilər. Seminarda Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisləri Töhfə Cəmilova və Teymur Hüseynov təmsil etdilər.

Seminarda Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin nümayəndələri "OneHealth Tool" proqram təminatı ilə tanış olaraq bu alətdən istifadə qaydalarını öyrəndilər.

"OneHealth Tool" proqramı səhiyyə sektorunun istənilən sahəsi, xüsusilə reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində proqramların planlaşdırılması, vəsaitlərin hesablanması, xərcləri və əldə edilən faydaları (o cümlədən planlaşdırılan proqram vasitəsilə xilas edilə bilən insan həyatları, ömür illəri, aradan qaldırılmış iqtisadi və maliyyə itkiləri) hesablamağa və proqnozlaşdırmağa imkan yaradır.