İSİM-in təşkilati dəstəyi ilə “Sağlam 5 gün” adlı layihə həyata keçirildi (FOTO) | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

29 MAY 2015

İSİM-in təşkilati dəstəyi ilə “Sağlam 5 gün” adlı layihə həyata keçirildi (FOTO)

Gəncə şəhərində “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüs və təşkilatçılığı, “Qan Donorları Assosiasiyası” İctimai Birliyi və “Gəncə-2016 AGP” İctimai Birliyinin tərəfdaşlığı, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilati dəstəyi ilə “Sağlam 5 gün” adlı layihə həyata keçirildi. “Sağlam 5 gün” adlı layihənin məqsədi ““Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın müvafiq bəndlərinə uyğun olaraq, gənclərin sağlamlığa aid müxtəlif mövzularda maarifləndirilməsinin təşkili idi.

Layihə çərçivəsində mayın 25-dən 29-na kimi beş maarifləndirmə tədbiri və beş aksiya keçirildi. Belə ki, 4 saylı tam orta məktəbdə, “Odlar Yurdu” Gənclər İctimai Birliyində, Gəncə Tibb Kollecində, Azərbaycan Aqroekologiya İnstitutunda, Azərbaycan Texnologiya Universitetində, Gəncə Dövlət Universitetində yeniyetmə və gənclərlə maarifləndirici görüşlər təşkil olundu. Görüşlərdə cəmiyyəti narahat edən sağlamlıq problemləri ilə bağlı maraqlı məlumatlar verildi, müzakirələr aparıldı. Həmçinin nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələrinin əhəmiyyəti gənclərin diqqətinə çatdırıldı.

Bununla yanaşı, Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşən “Zəfər tağı”nda, alış-veriş mərkəzlərində məlumatlandırma aksiyaları keçirildi. Bu aksiyalarda əhalinin məlumatlandırılması məqsədilə qan donorluğu, sağlam həyat tərzi, fiziki aktivlik və düzgün qidalanma, erkən nikahlar və reproduktiv sağlamlıq, zərərli vərdişlər və narkomaniya mövzularında maarifləndirici çap materialları paylanıldı.

Həmçinin “1 iyun – Ümumdünya Uşaqlar Günü” ərəfəsində ehtiyacı olan körpələrə dəstək məqsədilə qanvermə aksiyası keçirildi.

Layihə çərçivəsində keçirilən bütün tədbirlərdə ekspert qismində İSİM, “Qan Donorları Assosiasiyası” İctimai Birliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri çıxış etdilər. Tədbir və aksiyalarda Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları, QHT və KİV nümayəndələri fəal iştirak etdilər.

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.