Regionlarda reproduktiv sağlamlığın tədrisi və maarifləndirilməsinə dair təlimlər keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

15 MAY 2015

Regionlarda reproduktiv sağlamlığın tədrisi və maarifləndirilməsinə dair təlimlər keçirildi

2015-ci il mayın 12-14-də “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının 6.6.3-cü bəndinə əsasən Zaqatala, Qax və Qəbələdə reproduktiv sağlamlığın tədrisi və maarifləndirilməsinə dair təlimlər keçirildi. Təlimlər Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və “Ümidli Gələcək” Gənclər Təşkilatının birgə əməkdaşlığı çərçivəsində təşkil olundu.

Təlimlərin keçirilməsində məqsəd yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzireproduktiv sağlamlıqla bağlı aparılan maarifləndirmə işlərinə töhfə vermək idi. Təlimlərdə cinsi yolla yoluxan xəstəliklərin profilaktikası, erkən və ya arzuolunmaz hamiləlik, ailə planlaşdırılması barədə vacib məlumatlar verildi.

Təlimlərdə iştirak etmiş biologiya və həyat bilgisi fənləri üzrə tədris aparan gənc müəllimlər tərəfindən gələcəkdə Zaqatala, Qax və Qəbələdə tam orta məktəblərin şagirdləri üçün reproduktiv sağlamlıqla bağlı nümunəvi dərslər təşkil ediləcək.