İSİM-in təşkilatçılığı ilə keçirilən “Qan donorluğu” mövzusunda rəsm müsabiqəsi üzrə qaliblər mükafatlandırıldı | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

22 DEKABR 2014

İSİM-in təşkilatçılığı ilə keçirilən “Qan donorluğu” mövzusunda rəsm müsabiqəsi üzrə qaliblər mükafatlandırıldı

2014-cü il dekabrın 20-də “Metropark” AVM-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı, B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun dəstəyilə “Qan donorluğu” mövzusunda rəsm müsabiqəsinin yekun tədbiri keçirildi.

Tədbirdə ilk növbədə Bakının Sabunçu rayon 148 və 4 saylı tam orta məktəbləri və Xətai rayon 23 saylı Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi, eləcə də Sumqayıt, Tərtər, Sabirabad və İsmayıllı üzrə Rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzləri arasında keçirilmiş müsabiqə iştirakçılarının işlərindən ibarət sərgi ilə tanış olan qonaqlara 156 rəsm işinin qəbul edildiyi və bir neçə nominasiya üzrə 40 rəsmin seçildiyi ilə bağlı məlumat verildi.

İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Bayram Vəliyev və layihə rəhbəri Mətanət Qaraxanova, Gənclər üçün Təhsil Mərkəzinin nümayəndəsi Qızılgül Teyyubova Azərbaycanda qan donorluğunun inkişafı istiqamətində görülən işlərdən söhbət açdılar: “Hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması olduqca vacibdir. Azərbaycanda könüllü təmənnasız qan donorluğunun inkişafı sahəsində uşaq və gənclər tərəfindən həyata keçirilən fəaliyyət bu gün də davam edir.”

Müsabiqənin keçirilməsinin əhəmiyyətini vurğulayan münsiflər heyətinin üzvü, Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının üzvü, psixoloq Nailə Salmanovanın çıxışından sonra müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Belə ki, I yer üzrə 1, II yer üzrə 3, III yer üzrə 3 nəfər, “Ən yaxşı ideya” nominasiyası üzrə isə 1 nəfər qalib seçildi və mükafatlandırıldı.

Sonda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sabunçu Rayon Bölməsinin könüllülərinin və Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvlərinin solo ifaları, rəqs ansamblı maraqla izlənildi.